Fransada baş vermiş partlayış sanki insanlarımız kimi yazacağım mövzu arasında da nifaq saldı. Onu da qeyd edim ki, bizdə “sürü pisixologiyası” digər ölkərərə baxdıqda olduqca güclüdü və ya “palaza bürün elnən sürün” bizdə işləyir. Digər yandan son hadisələr zəminində bir daha aydın oldu ki, insanlarımız bir qrupun və ya kütlənin parçası olmağı sevir. “Harley Davidson sindromu”da demək olar. Marketoloqlarımız bu milli xarakterdən kifayət qədər yararlanmayıb.
Son zamanlarda reklam bazarında, xüsusilə digital sferada yeni trend yaranıb. Xidmət qiymətlərinin olduqca aşağı təklif olunması… Təbii ki, rəqabətə əsaslanması və bu prizmadan baxıldıqda qiymət endiriminə gedilməsi yanlız alqışlana bilər. Amma gəl bax ki, keyfiyyət bəs necə?! O da öz müqəddəratını qoruya bilirmi, yoxsa konstitusiyamız kimi sadəcə müştəriyə göndərilən təklif parametrləri olmaqdan kənara çıxmır? Qarşımıza tez-tez çıxa biləcək təkliflərdən:
Krizis, şirkətləri təəssüf ki, satış əsaslı marketinq planına yönəlmələrinə vadar edir. Şirkətin identifikasiyası, imici və s. ikinci plana keçir. Agentliyə sifariş verdiklərində istədikləri tək şey kreativlik yox, sadəcə satışı artıracaq “foks”un edilməsdir (qısa müddətli nəticə).
Vizual məzmun yaratma platforması olan Pinterest, “Pin daxili axtarış”a (new visual search tool) imkan verən yeniliyə imza atdı. Bu yeniliklə bağlı müştəriyə bir təklif hazırladıqda ilk sualı “satış olacaq” yox, “bununla mənim müştərim necə bir təcrübə (experience) qazanacaq?” olmalıdır.
Bəs istehlakçının şüuraltısında yer qazanmaq necə?… Zarafat edirsiniz? Belə şey ağıllarından belə keçmir :)
Gəldik yazımın “Mustafasına”, hansı ki yazımın adıdır…
Sifarişçi şirkət, tərəfdaşlıq edəcəyi şirkəti seçdiyi zaman agentliyin verdiyi işə yox, onun imicinə (yaranma tarixi yenidirsə agentlik ciddiyə alınmır) diqqət edir və ya digər yanaşma ilə desək kreativlikdən çox portfolio ön plana çıxır. Designcrowd.com adlı bir sayt var, hansı ki dizaynerlərimiz arasında populyardır. Yerli şirkətlərdən təklif olmadığı zaman o saytdan istifadə edib xarici sahibkarların müsabiqəyə qoyduqları “brief”lərini hazırlayıb müəyyən məbləğ qazanırlar. Bəzən orda belə sahibkar və ya sifarişçi daha yaxşı logonu yox, porfoliyosu daha çox olan dizaynerin işini seçir. İnanın porfolio həmin şəxsin və ya agentliyin görəcəyi növbəti işin də mükəmməl olacağına əsas vermir.
Növbəti nümunəm gənc olmasına baxmayaraq artıq öz loyal müştərilərini yaradan “Brandup”haqda. 189 taksı xidməti rebrending üçün logo müsabiqəsi elan edir və “Brandup” digital agentliyi 2-ci olur. Daha gec anlaşılan, istehlaçıların sevmədiyi fəlsəfi tərəfi bol olan bir loqo seçilir. “Apple”ı “Apple” edən nüanslardan biri bəsit loqosu deyilmi?!
Brandup′ın logosu
Müştərilər üçün fəlsəfə (xüsusilə bizim kütlə üçün) etmək əhəmiyyətsizdir. Sadə, tez anlaşılan, daha tez yadda qalan logo həmişə fərqini hiss etdirir. İndi şirkət qalxıb müştərilərinə sual verməyəcək ki, bizim logodan nə başa düşürsünüz. ))
Təbii ki, digitala adaptasiya bizdə hələ keçid mərhələsindədir. Bəzi şirkət CEO-ları inanın ki, şirkətin rəsmi facebook səhifəsini özləri idarə edir. Nə qoyub, nə axtarırıq. )) Yenilikdən (yeni şirkət, yeni xidmətlərdən…) qorxmaq yox, ona qucaq açmaq lazımdır.
Müəllif: Müşfiq Şirəliyev