MS-189 xəritədə

MS-189

Bakı, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 AZ1000 *** 7 səs

MS-189 haqqında

MS-189 – taksi sifarişi xidməti Bakıda ən böyük taksi xidmətlərindən biridir. Şirkətin prinsipləri – gedişin təhlükəsizliyi, gedişin təhlükəsizliyi, sifarişin qəbulunda dəqiqlik və operativlik ,yüksək ixtisaslı sürücülər. Şirkətin strukturunda əsas yeri texnoloji proqram-aparat kompleksi tutur. Optik xətt əlaqələri, rəqəmli ATS,çox kanallı radio əlaqələri, elektrik cərəyanı və radio əlaqələrin təhlükəli vəziyyət sistemi, yüksək sürətli internetin sabit işi ilə təmin olunan müasir Call – centre taksi sifarişi sisteminin maksimum işləməsini təmin etməklə maşının sifarişindən müştəriyə çatmasına qədər olan vaxtı qısaldır. Avtomobil nəqliyyatı dayanacağında mindən çox ekonom klasdan lyuks klasa kimi maşın vardır, xəttə hər gün təxminən 500 maşın çıxır. Bütün sürücülər xəttə çıxmazdan əvvəl tibbi yoxlama və xüsusi təlim keçirlər, avtomobillər isə texniki baxşdan keçirlər. Sürücülərdə hüquqi gücə malik ciddi hesab blankı vardır və o avans hesabı üçün müştərilərə verilir. 189 taksi sifarişi xidməti işlədiyi vaxt ərzində Azərbaycan və Rusiyanın iri şirkətləri ilə avtonəqliyyat daşımaları haqqında müqavilələr bağlamışdır. Rəhbərlər nağd olmayan əsasla ödəniş sisteminin işinin üstünlüyünü qiymətləndirirlər: xüsusi maşın saxlamaq sərfəsizdir, amma avtonəqliyyat həmişə lazımdır. Ay ərzində işçilər taksi xidmətlərindən istifadə edirlər, günün istənilən vaxtı qısa müddətlərdə müştərilərə maşınlar verilir. Nəticədə rəhbərlər nəqliyyat xərclərinə nəzarət edə bilmək üçün gedişlərin detallarını alırlar. 189 Taksi sifarişi xidməti şirkəti beynəlxalq aeroport administrasiyası və Bakı sərnişinlərə xidmət stansiyasının rəhbərliyi ilə birgə bütün günü işləyən dispeçer məntəqəsi və taksi dayanacağı təşkil etdi. Bu dipeçerlər sayəsində sizi dəmiryolu vağzalı və aeroportda həm qarşılaya, həmçinin də yola sala bilərlər. Şirkət daima inkişaf edir, göstərdiyi xidmətlər sahəsini genişləndirir. Azərbaycanın digər iri şəhərlərində də mərkəzlərin yaradılması planlaşdırılır. 189 taksi sifarişi xidməti gedişlərə 20 faizə qədər endirimlər, 10 dəqiqə ərzində pulsuz adi taksi və ya gediş vaxtı pulsuz dayanmalar, həmçinin günün istənilən vaxtı Bakı ətrafına avtomobil çağırışı xidmətlərini təqdim edir. 189 taksi sifarişi xidməti sahibkarları qeyri - leqal taksilərə qarşı yönəltmək və birləşdirmək üçün “Daşımalar təşkilatı” adı ilə qeyri – ticarət partnyorluğu yaratmaq təşəbbüsünü göstərdi. Təşkilatın əsas fəaliyyəti – istifadəçilərin hüquqlarının və qanuni maraqlarının qorunması, hüquqi və məsləhət xidmətləri göstərməkdir.