Brendlər sosial mediada divarlarına yazılan 100 sualdan 90-na cavab vermirlər. Bu da öz növbəsində müştəriləri aqressivləşdirir. Amma sosial media agentliyi sizin yerinizə bütün göndərilənlərə cavab yaza bilər. Bir sosial media agentliyi ömrü 18 saat olan ismarışları düzgün zaman planlaması edərək böyük bir kütləyə çatmasına şərait yarada bilər. Müştərilərin 20 %-i brendi sosial media hesablarında paylaşdıqları kontentlərə görə təqib edirlər. Google axtarış sistemində edilən axtarışların 20 %-i daha əvvəl edilməmiş, yeni olanlardır. Bir sosial media agentliyi düzgün kontentlər və düzgün açar sözlərlə sizi bu axtarışlarda ən üstə yerləşdirə bilər.
Sosial medianın hörümçək toru kimi yayılmasıyla artıq digital və kreativ agentliklər sosial media xidmətlərini öz strurukturlarına əlavə etdilər. Əgər sosial medianızın idarəsini daxili iş gücünüz ilə həll etmək yerinə digital agentliyə həvalə etmək niyyətiniz varsa, artıq rəqibinizdən 1-0 öndəsiniz deməkdir, çünki bu sosial medianı marketinq fəaliyyətinizin bir parçası olaraq gördüyünüz mənasına gəlir. Unutmayaq ki, hər kəs sosial media trendlərinin, dəyişən texnologiyanın fərqində deyil. Agentlik daxili SMM-çilər işlərin nə vaxt başlanılması gərəktdiyini, hansı platformada necə bir kontent paylaşılacağını bilirlər.
Ən adi bir səhvin qısa bir zamanda krizisə dönüşə bilmə ehtimalının böyük olduğu vaxt, bir məcranın idarə edilməsi çox əhəmiyyətlidir.
www.socialmediaexaminer.com tərəfindən aparılan 2011 Sosial Media Marketing İndustry Report-da ( 2011 SMM sektoru hesabatı) görə hələ Tükiyədə Sosial Media xidmətlərini «outsourcing» edən şirkətlərin sayı 14%-dən 28%-ə qalxmışdır. Project House həmtəsiscisi Serhat Akelen sosial media hesablarını özləri idarə edən şirkətləri «Öz beyin əməliyyatlarını özləri edənlər»olaraq adlandırır. )) Hər hansı sosial media platformasında kifayət qədər istifadəçi toplamağınız hər şey demək deyil.
Sosial Media Meneceri nəyi bilməlidir:
Müəllif: Müşfiq Şirəliyev