Tələb və təkliflər
Reklama aid ümumi tələblər:
- Reklam məlumatlarında layihənin konsepsiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olacaq heçnə olmamalıdır;
- Reklam məlumatlarında ədəbsiz, təhqiredici və kütləvi baxış üçün uyğun olmayan heçnə olmamalıdır;
- Reklam məlumatları istifadəçiləri aldatmayan, səhv (saxta) məlumat əks etdirərək Oneclick.az biznes informasiya portalının etibarlılığını şübhə altına salmamalı, doğru məlumatları əks etdirməlidir;
- Reklam məlumatları və bannerləri reklam kampaniyasının başlamasından öncə 3 iş günü ərzində göndərilməlidir.
Reklam üçün tövsiyələr:
- Şirkətinizin fəaliyyəti barəsində maksimal aydın ifadələr formalaşdırmağa çalışın;
- Müştərilərə bildirmək istədiyiniz fəaliyyət sahələrini sadalayın;
- Rəqabət üstünlüyünüzü təsvir edin;
- Məlumatlar dəqiq, məzmunlu olmalı və əsas fikrinizi çatdırmalıdır. Reklam məlumatlarının hazırlanması özünəməxsus kommersiya təklifi olaraq, bir neçə qısa cümlədə tam ifadə olunmalıdır;
- Əldə etdiyiniz uğurlar, sertifikat və mükafatları hallandıra, fəaliyyət göstərdiyiniz vaxt aralığını və bu zaman ərzində əldə etdiyiniz təcrübədən məlumatlar qeyd edə bilərsiniz;
- Xüsusi təklifləriniz haqqında məlumatlar olduğunda müştərilərin cəlb olunması ehtimalı daha yüksəkdir;
- Müxtəlif xidmət/məhsul kateqoriyalarına aid məlumatları alt başlıqlar ilə bölün;
- Şirkətinizin xidmətini/məhsulunu əks etdirən şəkillər yüksək keyfiyyətli olmalıdır. Bu həm daha cəlbedici görünüş, həm daha yaxşı yadda qalmanı təmin edir. Aşağı keyfiyyətli bunanıq şəkilllər əks təsir göstərə bilər;
- Məlumatlar axtarış sistemləri tərəfindən indeksasiya olunması üçün reklam mətni unikal (yəni, məhz sizin reklamınız üçün yazılmış, digər mənbələrdən götürülməmiş) olmalıdır;
- Məlumatları nəzərdən keçirin, məlumat və təklifinizin təsirliliyini qiymətləndirin. Özünüz təklif olunan xidməti/məhsulu əldə edərdinizmi?
Bannerlərə aid tövsiyələr:
Çox yayılmış fikrə görə, animasiya banneri statik bannerlə müqayisədə daha effektiv olur, lakin bu hər məhsul/xidmətə şamil oluna bilməz. Bannerdə ən önəmli olan - rəng çalarları və mətn hissəsidir.
Bannerin doğurdan da faydalı və səmərəli olması üçün onun əsas məqsədini müəyyən etmək lazımdır.
- Potensial müştərilərin diqqətini cəlb etmə. İstifadəçinin sizin saytınıza keçid alması o qədər də önəmli göstərici deyil. Burada əsas şərt istifadəçinin reklamınızı sayca maksimal çox dəfə görməsidir. Belə halda şirkətinizin loqosu, sloqanı və ya hansısa məhsulun/təklifinizin təsviri potensial müştərinin yaddaşında qalacaq.
QEYD: dərhal özünü biruzə verəcək nəticələr gözləməyin. İctimai fikrin formalaşdırılması prosesi bir gün içində həyata keçirilmir.
- Məhsul/xidmət satışını çoxaltmaq. İlk növbədə sizə reklam bannerinə diqqət cəlb edəcək kreativ ismarıc lazımdır (belə halda sayt ziyarətçisi təklifinizə maraqla yanaşacaq). Hədiyyə almağı hər birimiz sevirik, buna görə də, güzəşt və ya hədiyyə - müştərini cəlb etmək üçün yoxlanılmış üsullardan biridir. Sonda hərəkata çağırış olmalıdır (“Təklif haqqında daha ətraflı”, “hədiyyəni almağa tələs”, “qeydiyyatdan keç” və s.).
QEYD: potensial müştərilərinizin ehtiyyaclarını əsas olaraq götürün. Reklam müraciəti cins və yaş təbəqəsindən asılı olaraq müxtəlif emosional çalarlarda ola bilər.
Bannerlərə aid ümumi tələblər:
- Bannerə klik olunduğunda reklam olunan sayt brauzerin yeni pəncərəsində açılmalıdır;
- Kənar mənbədən məsafəli kod vasitəsi ilə idarə olunan bannerlərin yerləşdirilməsi mümkün deyil;
- Reklam bannerinin görünən çərçivəsi olmalıdır;
- Bannerin həndəsi ölçüləri yerləşdiriləcək reklam yerinə tam uyğun olmalıdır;
- GIF animasiyalı bannerin yenilənmə sürəti saniyədə 5 kadrdan çox olmamalıdır;
- Bannerin ümumi GIF animasiyası 30 saniyədən uzun olmamalıdır (animasiya bir neçə dəfə təkrarlana bilər, lakin ümumi toplam vaxtı 30 saniyədən az olmalıdır);
- Animasiyanın ilk və son kadrları məlumatlandırıcı olmalıdır.
Bannerlərə aid texniki tələblər:
Banner növləri |
Dəstəklənən fayllar |
Animasiyasız qrafik banner |
JPEG, JPG, PNG |
Animasiyalı qrafik banner |
HTML5 |
Flash formatlı banner |
SWF (Flash), alternativ (JPG, PNG) |
Bannerin ölçüsü |
Faylın maksimal ölçüsü |
600 x 90 px |
80 Kb |
300 x 400 px |
80 Kb |
300 x 250 px |
70 Kb |
240 x 120 px |
60 Kb |
Fleş – banner üçün əlavə tələblər:
- Banner Flash proqramı olmayan istifadəçilər üçün eyni ölçülü şəkil (JPG, PNG, GIF) ilə müşayiət olunmalıdır;
- Banner Flash Player proqramının 9-cu (10.1) (ActionScript 2.0 / ActionScript 3.0) versiyasında hazırlanmalıdır;
- Bannerin maksimal ölçüsü (SWF formatında): 50 Kb;
- Reklam olunan saytın URL-i bannerdə deyil, “ONECLİCK.AZ” MMC-nın bazasından qeydiyyata salınır.
Yerləşdirilən reklam məlumatlarının mətnlərində icazə verilmir:
- Rəqiblərin adlarının hallanması və üçünçü şəxslərin müəllif və digər hüquqlarının pozulması;
- Həqiqətə uyğun olmayan, bilərəkdən səhv yazılan, qeyri-etik və s. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan reklamlar.
Banner hazırlanmasında yol verirlməməlidir:
- Oneclick.az portalının dizaynı ilə uyğun olmayan və saytın estetik görünüşünü korlayan rəng çalarları, şriftlər, qrafik elementlərin (şəkillər, fotolar, illüstrasiyaların) istifadə olunması;
- Aydın olmayan, keyfiyyətsiz qrafik elementlərin istifadəsi ( ssenari və qrafik seçim ilə nəzərdə tutulan hallar istisna olmaqla);
- Bannerin kompressiya (optimizasiya, sıxılma) nəticəsində yaranan optik və gözəçarpan rəqəmsal rəng təhrifi olan qrafik elementlərin istifadəsi;
- Qrafik məlumatın keyfiyyət itməsinin qarşısını almaq məqsədilə şəklin əslinin (JPG, PNG, JPEG və s.) kiçik ölçüdən böyüdülməsi;
- İstifadəçilərin diqqətini saytın əsas kontentində toplamasına mane olan və qıcıqlandırıcı fon, ölçülü qrafik və mətn elementlərinin surətlə dəyişilməsinə.