Daha əvvəl biz Sizinlə “ayı məsəli” barədə söhbət etmişdik. Bu yazıda biz hansı tip bizneslərin böhrandan sonra ayaqda qalacağı barədə fikirlərimizi paylaşmaq istəyirik.
İlk əvvəl deyim ki, neftin qiymətinin 40-50 dollar ətrafında olması qısamüddətli dövr üçün son dərəcə ağrılı olsada ölkə iqtisadiyyatının sağlamlaşdırılması üçün gözəl imkandır. Əgər neftin qiyməti 100-150 dollar olsaydı, ölkəmizdə heç kim, marketinq, biznes strukturlarının optimallaşdırılması barədə düşünmürdü.
Heç Azərbaycanda hökümətidə islahatlar barədə düşünməyəcəkdi. Niyədə düşünərdi?! Resurslar bol edi, ölkə özü-özlüyündə inkişaf edirdi. Neftin qiymətinin düşməsi bizim yadımıza saldı ki, tək neftə bel bağlamaqla “kişi olmaq” olmaz. Bugün olan iqtisadi vəziyyət həm şirkətlər, həmdə makro səviyyədə dövlətimiz üçün hər şeyi yenidən və daha düzgün formada etmək üçün bir şans, bir fürsətdir.
Sizlərədə məlumdur ki, neftin pulundan xeyr görən dünyada ölkə demək olar ki, yoxdur. Norveçdən başqa… neftin pulunun azalması bəlkədə bizim İqtisadi baş bilənlərimizi daha tez və ciddi islahatlar aparmağa sövq edə bilər. Neysə… keçək əsas məsələyə, hansı şirkətlər böhrandan sonra “sağ qalacaq”?!
Ölkədə olan bütün şirkətləri 3 kateqoriyaya ayırmaq olar:
Biz düşünürük ki, böhran ən böyük zərbəni “day-day” puluna biznes quranlara vurur və üzümüzə gələn aylarda bu daha çox hiss ediləcək. Səbəbləri çox sadədir, bu tip bizneslər elə böhran olmamışdanda yüksək mənfəətlə işləyə bilmirdi. İdarəetmə tam olaraq məmurluq məntiqi ilə həyata keçirilirdi. Heç bir ciddi marketinq, brendinq fəaliyyəti aparılmırdı. Day-dayın buraxdığı pulun həcminə görə biznes qurulmuşdu. Bugün artıq belə biznesin işləməsi mümkünsüz görünür. Çünki…
Bugün böhran dövründə öz menecment fəaliyyətini düzgün qurmuş, birinci gündən sistemli işləyən şirkətlərin dahada güclənəcəyi heç birimizdə şübhə doğurmalı deyil. Dostumuzdur deyə demirəm… bugün böhran Embawood kimi sistemli çalışan şirkətə heç bir şəkildə ciddi zərbə vura bilməz, amma Emba rəqiblərinin işləri çox çətindir. Səbəb?! Səbəb çox sadədir bu bizneslər heç adi dövrdə yüksək effektivliklə çalışmırdı, sadəcə bazar elə güclü inkişaf edirdi ki, əməliyyatda buraxılan səhvlər heç üzədə çıxmırdı.
Əlbəttə, böhran “pulu çox olanlarada” ciddi təsir etməyəcək. Bu tip şirkətlər ziyanda olsalarda, “day-day” pulu ilə biznes quranlardan çox fərqlınirlər. Daha konkret desək, mükəmməldə olmasa, bir sistem var. Bu sistem biznesi lazımsız hərəkətlərdən quruyur.
Ümumiyyətlə böhran dövründən müflis olan şirkətlərin çox az faizinin “batma” səbəbi böhran olur. Böhran sadəcə sözü onsuzda batan gəmini daha tez aşağı dartır. İnkişaf edən, hər şeyi sistemli olan şirkətlər üçün isə inkişaf sürəti azalsada, əslində rəqiblərdən daha sürətli olur.
Düşünürəm ki, indiki dövrdə biznes üçün ən düzgün verilən gərar ətrafdakı “neqativ” sözlərə fikir vermədən heçnə olmamış kimi, biznesə davam etməkdir. Əgər bazar düşübsə, biznes mütləq bazarda payını artırmaq üçün proseslər düşünməlidir. Yalnız belə olduğu zaman, “ayıdanda olmasa, yanınızda olan adamdan (rəqibdən) öndə olmaq olar.
Birdə Sizə bir söz deyim, ölkəmizdə biznesin ən böyük problemi işçilərin faydalı iş əmsalının, aldıqları əmək haqqına proporsional olmamasıdır. İnkişaf etmiş ölkələr və ya elə qonşu Türkiyyədə işçilərin faydalı iş əmsalı ölkəmizdəkilərdən daha çoxdur. Bugün böhran olduğuna görə iş yerində qeyri-işlə məşğul olanların sayı çoxalıb. Məncə anti-böhran tədbirlərin birinci mərhələsi işçilərin faydalı iş əmsalının yüksəldilməsindən başlamalıdır. İşçi, işdə Facebook-a girib yatmalı deyil və s.
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com