Böhran və ya Ayı misalı

Böhran və ya Ayı misalı
670

Hamı, Böhran dövründə nə etməyin daha vacib olması barədə danışır. İşlər necə olacaq? İkinci devalvasiyadan sonra nə baş verər? Bu bazarda nesə etməyə dəyərmi və s. Bugün yaxında tanış olduğum (təhcizatçı – alıcı münasibətlərimiz var) biri ilə söhbət edirdik, aşıq gördüyünü çalar və təbii olaraq bizdə mebeldən, mebel bazarından danışdıq. Danışıq zamanı, çoxlarınızın bildiyi, amma böhran dövrü üçün son dərəcə ibratamiz hesab etdiyimiz anekdot yadımıza düşdü. İstəyirəm, bloqumuzun oxucularına bunu danışam.

Bu arada bugün görüşdüyümüz dostumuza bloq vasitəsi ilə salamlar deyirik. İnanıram ki, hər ikimiz üçün faydalı və maraqlı görüş oldu!) Böhranda hamı danışır.

Deməli 2 nəfər dost meşəyə gəzməyə gedir. Onlar birlikdə yemək yeyirlər və meşənin gözəlliyi, sakitçilikdən həzz aldıqları anda, çox yaxın məsafəda ayı görürlər…

Dostlardan biri cəld şəkildə ayağa qalxır və “krossovkalarını” geyinib qaçmağa başlayır. Yanında olan ikinci dost “krossovkasız” olur və təbii olaraq birincidən geri qalır. Dostlar arasında təxminən belə bir dialoq olur: (mən orda olmamışam, sadəcə onun-bunun sözünü danışıram!)

Dostun biri – Sən düşünürsən, ayıdan tez qaçacaqsan? (bunu krossovkasız olan soruşur)

Yox, ayıdan tez qaçmaq olar?!

Dost: Bəs onda niyə belə bərk qaçırsan?!

Mən ayıdan deyil, səndən tez qaçmaq istəyirəm…

Bu anekdot ilk baxışdan sadə və mənasız görünsədə, əslində bugün ki, sahibkarlar, biznesmenlər üçün mükəmməl reseptdir. Böhranda qaçmaq, daha çox işləmək lazımdır. Şərtdir!

Bəli, ola bilsin ki, biz ayıdan tez qaça bilmərik, amma əmin olun rəqiblərdən tez qaçmaq əlimizdədir. Bu dövrdə nikbinliyini itirməyən, əmək qabiliyyəti aşağı düşməyən, biznes vicdanını itirməyən sahibkarlar qazanclı çıxacaqlar. Mən buna çox inanıram və bu amillə özümü motivasiya edirəm.

Əziz oxucu, böhranda “ayı” misalını tez-tez yada salmaq lazımdır. Məncə!)

P.S. Bizim misalımızda ayı – devalvasiya, böhran, bazarın daralması və s. kimi neqativ amillərdir. İki dost isə, biri Siz (mən) digəri isə Sizin (mənim) rəqiblərimdir.

P.S.S. Bu anekdotu dostumuz Rafiq müəllimdən eşitmişəm.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com