"Gilan Holdinq" 1992-ci ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət Azərbaycan iqtisadiyyatının dünya bazarında iştirakını təmin etməklə məhsul çeşidliliyinin və keyfiyyətinin optimallaşdırılmasına çalışır və bu istiqamətdə səylərini əsirgəmir. Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir.
"Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm və sənaye sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Gilan Holdinq", eyni zamanda, həm şirkətə, həm də onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis etmişdir. "Gilan Holdinq" olaraq inşaat, turizm, sənaye sahələri üzrə məhsullarımızın çeşidini və fəaliyyət istiqamətlərini artırırıq. Hər bir sahə üzrə istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır. İnanırıq ki, yeni texnologiyalar əsasında hazırlanan Azərbaycan məhsulu dünya bazarında birincilik qazanacaqdır. İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən olmaqdır. Azərbaycan məhsullarının istesalını və dünya bazarında çıxarılmasını təmin etməkdir.
Şirkətin uğur prinsipləri və dəyərləri