FAB Boya və Kimyəvi Sənaye xəritədə

FAB Boya və Kimyəvi Sənaye

Bakı, Binəqədi rayonu, Mədən küçəsi, 1 АZ1106 *** 1 səs

FAB Boya və Kimyəvi Sənaye haqqında

Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC" 2002 – ci ildən fəaliyyət göstərir. Şirkətimiz ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal etmişdir. Müəssisəmizdə 2006 –cı ildə Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən "Polimerlər" fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir. 2012 – ci ildə isə mövcud fabrikləri sırasına "HILL FAN" Elektrik məhsulları fabriki və tam avtomatik fəaliyyət göstərən "FABKIM" Kafel və Metlax yapışdırıcları fabriki də əlavə olunmuşdur. İstehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət etmək üçün şirkətin ən son texnoloji avadanlıqlarla təmin olunmuş laboratoriyası fəaliyyət göstərir.

FAB Boya və Kimya Sənayesi şirkətinin fəaliyyəti

Missiyamız cəmiyyətə və ətraf mühitə yararlı olan, ölkə iqtisadiyyatının gücləndirilməsi və parlaq gələcəyin təmin olunmasında əlindən gələni edən, əldə etdiyi nailiyyətlər ilə hədəflərini hər gün yüksəldib, məhsul çeşidlərini hər gün daha da artıran, müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır.Biz "FAB BOYA" şirkəti olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!FAB Boya və Kimya Sənayesi MMC 2010, 2011, 2012, 2013 və 2014- cü illərdə "Keyfiyyətli Boya istehsalı" üzrə İlin şirkəti adına layiq görülmüşdür.Bununla yanaşı, müəssisəmiz 2004- cü ilin fevral ayında "Beynəlxalq Standartlaşdırma Təşkilatı" nın yoxlamasından uğurla çıxmış,məhsullarımızın və müəssisəmizdəki idarəetmə sisteminin keyfiyyətli təşkili həmin təşkilatın İSO 9001 : 2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür.

FAB Boya və Kimya Sənayesi şirkətinin nailiyyətləri

"FAB Boya" şirkəti olaraq "Faydasını Alanlar Bilər" şüarı altında 2001-ci ildən etibarən fəaliyyətə başlamış, eyni zamanda başladığımız inkişaf yolunda öz missiyamızı bugün də davam etdirməkdəyik. Bizim tutduğumuz əsas istiqamət istehlakçılarımızı razı salmaqdır. Buna isə yalnız keyfiyyətli məhsul istehsal etmək və keyfiyyətli xidmət göstərməklə nail olmaq olar. Bu şərtlər daxilində fəaliyyət göstərərkən, istənilən halda nailiyyət qazanmaq mümkündür. "FAB Boya və Kimya Sənayesi" MMC 2010-cu ildən etibarən artıq hər il "İlin Keyfiyyətli Boya İstehsalçısı" adına layiq görülmüşdür. Almaniya və İngiltərədən idxal edilmiş ölçmə və yoxlama cihazları ilə təchiz edilmiş Keyfiyyətə Nəzarət Laboratoriyalarımız Dövlət Standartlaşdırma və Metrologiya İdarəsinin Texniki Akkreditasiya Sertifikatını almışdır.

Son illərdə daha belə bir laboratoriyamız istifadəyə verildi. Bununla yanaşı, müəssisəmiz 2004-cü ilin fevral ayında "Beynəlxalq Standartlaşdırma Təşkilatı"-nın yoxlamasından uğurla çıxmış, məhsullarımızın və müəssisəmizdəki idarəetmə sisteminin keyfiyyətli təşkili həmin təşkilatın İSO 9001:2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür. 2007-ci ildən həmin sertifikatı yeniləmişdir. Şirkət məhsul istehsalında istifadə etdiyi xammaddələri dünya üzrə ən qabaqcıl xammadə istehsal edən şirkətlərdən idxal edir, ölkə xaricində və daxilində tanınmış boya istehsal edən müəssisələr ilə əməkdaşlıq edir. Bunlardan əlavə, "FAB Boya" hər il yeni istehsal sahələri yaradır, hər il istehsal çeşidlərimizə bir sıra yeni məhsullar əlavə olunur. Belə ki, 2014-cü ildə şirkətin nəzdində profil və boru istehsalı üzrə yeni fabriki istifadəyə verilmişdir.2014-cü ildə həmçinin "FAB Boya" şirkətinin satış mərkəzlərinin şəbəkəsinə daha biri əlavə olundu - yeni ünvanda yeni mağaza müştərilərin istifadəsinə verildi.

FAB Boyanın ictimai fəaliyyəti

"FAB Boya" istehsalla yanaşı, özünün ictimai fəaliyyətini də geniş şəkildə təşkil etməkdədir. Dövlətimizin hər zaman gənc nəslin inkişafını düşünərək atdığı addımları nəzərə alaraq, 2013- cü ildən başlayaraq "FAB Boya" şirkəti də respublikanın müxtəlif məktəblərində təhsil alan yeniyetmələri şirkətin fəaliyyəti ilə tanış etmək, onların dünyagörüşünü genişləndirmək məqsədilə məktəblilər üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil edir. Bununla yanaşı, şirkət inşaat sektorunun müxtəlif sahələrində ixtisaslaşmış ustaları, istehsal və idxal etdiyi məhsullarla tanış edir, həmçinin, istehsal etdiyi məhsulların istehsal, keyfiyyətə nəzarət proseslərinə, onlardan daha düzgün istifadə və saxlanılma qaydalarına, habelə istifadə zamanı yarana biləcək problemlərin həllinə dair seminar proqramları təşkil edir. 2014- cü ildən etibarən artıq bütün bu ictimai fəaliyyəti özündə əhatə edən "FAB Akademiyası" fəaliyyətə başlamışdır. Daim yeni məhsul çeşidləri istehsal edərək, güclü texnologiyalar vasitəsilə keyfiyyətli məhsullar ortaya çıxaran və daim cəmiyyəti düçünən şirkətimiz tikinti sektorunda fərqli imic yarada bilmişdir.