STIM International xəritədə

STIM International

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 203B AZ1000 *** 1 səs

STIM International haqqında

“STIM International” MMC treninq şirkəti və eləcədə işə düzəltmə agentliyi kimi 2010-cu ildə təsis edilmişdir. Biz, daim inkişaf edir, müştərilərin maraqlarını hər zaman nəzərə alır və hər işdə uğur qazanmağı qarşımıza məqsəd qoymuşuq. İşçi heyətimiz, treninq və kadr seçimi sahəsində professional xidmət göstərmək üçün entuziazmla və məqsədyönlü şəkildə çalışır. Göstərilən xidmətə görə ödənilən məbləğ qarşılıqlı razılıq əsasında müəyyənləşdirilir və bu razılıq müştərilərin maraqlarını nəzərə almaqla əldə edilir. Bizim müştərilərlə münasibətlərimiz qarşılıqlı hörmət və işgüzar əməkdaşlıq əsasında qurulmuşdur.

Treninq və İnkişaf prosesi

Bəlkə də treninqlər şirkətlərin həyata keçirəcəyi ən mənfəətli investisiyadır. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq, işçilərinizin professional cəhətdən inkişafını nəzərdə tutan treninq prosesinin səmərəli keçirilməsi üçün mühüm olan əlamətlər oxşardır və istənilən yerdə tətbiq oluna bilər. Treninqlər vasitəsilə əldə edilən biliklər, bacarıqlar və təcrübə professional cəhətdən inkişaf etməyinizə kömək olacaq.
“STIM International” MMC treninq və inkişaf fəaliyyətlərinin HR-ın digər funksiyaları ilə eyni dərəcədə vacib olduğuna inanır. İnsan Resurslarının İdarə Edilməsi sahəsində treninqlər çox vacib vasitədir. Treninqlər vasitəsilə işçiləri həvəsləndirmək mümkündür, çünki bu onlarda daha çox motivasiya yaradır, qarşıya qoyulan professional və şəxsi məqsədlərə nail olmağa, işdən zövq almağa kömək edir.

Kardların seçilməsi prosesi

Kadrların seçilməsi prosesi zamanı əsas prinsiplərdən biri “Zaman Dəyərlidir” prinsipini rəhbər tutaraq biz, müştərilərimizin dəyərli vaxtına qənaət etməyə çalışırıq. Müvafiq namizədlərin seçilməsi zamanı “STIM International” MMC aşağıdakı iki üsuldan istifadə edir: elektron və manual (şəxsən müraciət etmək).Hər iki sistem vasitəsilə namizəd seçilərkən müvafiq amillər nəzərə alınır, ən əhəmiyyətli faktorlara isə təhsil, təcrübə, müvafiq bacarıqlar, iştirak etdiyi treninqlər barədə məlumatlar aid edilir. Hal-hazırda məlumat bazamızda üzərində çalışdığımız 930-dan çox işaxtaranın müraciət forması mövcuddur. Namizədlərin bir çoxu bizim vasitəmizlə artıq müvafiq işlə təmin olunmuşdur.

Namizədlər barədə xasiyyətnamələrin, arayışların və digər sənədlərin toplanılması və yoxlanılması ilə yanaşı, “STIM International” MMC namizədin tibbi müayinədən keçirilməsi və məhkumluğun olub-olmamasının öyrənilməsi sahəsində də əlavə xidmətlər göstərir. Bu əlavə xidmətlər ödənişlidir.“STIM International” MMC tərəfindən göstərilən xidmətlərin haqqı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirildikdə ödənilir, bu o deməkdir ki, işaxtaran yalnız işlə təmin olunduqda, işəgötürən isə yalnız müvafiq işçi tapdıqda göstərilən xidmətin haqqı ödənilməlidir.