Özsütün istehsal etdiyi hər bir məhsulu seçilmiş keyfiyyət standartlarına uyğun gəlir.Hər bir istehsal olunan məhsul partiyası Keyfiyyət Zəmanəti Departamenti tərəfindən fiziki, kimyəvi, mikrobioloji və dad yoxlama testlərindən keçərək keyfiyyət standarlarına uyğun gəldiyi yoxlandıqdan sonra satışa buraxılır.Xammaldan tutmuş son məhsula qədər etibarlı və sağlam qida istehsalı üçün lazım olan bütün standartlar diqqətlə və ətraflı şəkildə tətbiq olunmuşdur.
1938-ci ildə İzmirlilər, Kəməraltında çox kiçik bir dükanda çalışan Səfər Ustanın hazırladığı misli bərabəri olmayan qatıq və qaymaqlarının dadını artıq tanıyırlar. O vaxtdan bəri, Özsüt İzmirin məşhur ticarət markasına çevrilir. Səfər Ustanın kiçik biznesi sadə südçüdən çeşidli süd məhsulları satışına qədər uzun bir inkişaf yolu keçir. 1980-ci ildə isə Səfər Ustanın oğlu, İbrahim Urlulu bu kiçik biznesin idarəsini öz əlinə alaraq, daha iddialı bir yolu seçib Özsütün ustaları ilə ortaq Özsüt dükanını açaraq atasının başlatdığı bu macəralı yolu inkişaf etdirərək, cəsarətlə davam etdirir. 1991-ci ildə Özsütün İzmir Alsancaqdakı ilk şöbəsi açıldıqdan sonra 1996-2002-ci illər aralığında şöbələrin sayı altıdan 50-yə qədər artır.Artıq 2013-cü ildə Türkiyənin 43 bölgəsində 176 şöbəsi olan Özsüt ölkənin ən böyük mağazalar şəbəkəsinə çevrilir.
Tələbatın getdikcə artması, Özsütün Türkiyə xaricində də yeni şöbələrin açılması planlarını sürətləndirdi. Özsütün ilk xarici şöbəsi 2010-cu ildin Mart ayında Şimali Kipr Türkiyə Cumhuriyyətinin Lefkoşa şəhərində açılır. Özsüt Orta Şərq və Avropa ölkələrində yeni investisiyalar üçün texniki-iqtisadi dəyərləndirmə işlərini davam etdirir.Özsütün Türkiyədə bu qədər sevilməsinin səbəbi ənənəvi ləzzəti müasir zəmanəyə uyğun şəkildə, ölkənin dörd bucağına təzə təravətli vəziyyətdə çatdırılmasıdır. Ənənəvi ləzzətin sirri isə əlbəttə ki, Osmanlı mətbəxinə dayanır. Cumhuriyyət yaranan zaman dağılan Osmanlı sarayında işləyən bir şirniyyatçı Səfər Ustanın əmisinin yanında işə başlayır. Səfər Usta da zaman keçdikcə saray şirniyyatının hazırlanma sirrlərini əmisindən öyrənir.