Müseyib Əmirovun sərgisi

Müseyib Əmirovun sərgisi
Məkan:

Müasir Incəsənət Muzeyi

Başlanma tarixi: 16 Yanvar Bitmə tarixi: 10 Fevral

Yanvarın 16-da Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Rəssamı Müseyib Əmirovun “Bax” adlı sərgisi açılacaq. Layihənin kuratoru Çingizdir.

Müseyib Əmirov 1963 – cü ildə Bakıda, məhşur rəssam Arif Əmirovun ailəsində dünyaya gəlmişdir. Müseyib Əmirov Rəssamlar Texnikomunun və Azərbaycan Dövlət İncəsənət  Universitetinin məzunudur, - bir müddət Azərbaycan  Rəssamlar Akademiyasında “Eksperimental əl yazıları” sinifində dərs demişdir.

Bu gün Müseyib Əmirov müstəqil rəssamdır, onun işləri Fransada, ABŞ – da, Almaniyada, Litvada təqdim olunur və dünyanın bir çox müzeylərində və fərdi kolleksiyalarında qorunub saxlanılır. Rəssamın iştirak etdiyi ən böyük beynəlxalq layihələr arasında – “Art Exhibition” "Bakı – Paris. 20 rəssam ", "Orangeri de Senat", Paris, Fransa (2004 – cü il); “Azərbaycanın müasir rəssamlarının sərgisi” “IMF Gallery”, Vaşinqton, ABŞ (2004 – cü il); Lüksemburqda Beynəlxalq incəsənət sərgisi (2003 – cü il), Beynəlxalq incəsənət sərgisi, "Grands et jeunes d'aujourd'hui", "Espace Auteuil", Paris, Fransa (2003 – cü il) vardır.

«Bax»

Mövzu barəsində düşüncə

Prosesin içində olaraq, insanlar çox zaman həyatın özünü unudur...

Rəssam Müseyib Əmirovun “Həyatın gözünün içinə bax!”  - vizual çağırışıdünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı yönələn tənqidi baxış növüdür. Sənətkarın şüur altından qopan, hissə-hissə, özünəməxsus ifadələrlə, bütöv poemalarla üzə çıxan əsərləri yaxınlaşmaqda olan total texniki hökmranlığa qarşı etirazın təcəssümüdür.

Öz əsərlərində rəssam gülünc formada müasirlik tarixinin müəllif versiyasını təklif edərək, fikirlərini sənədlərlə əsaslandırır – üslublaşdırılmış obrazlar parusin formatını tamamlayır. Insanlar onlara yad olan, özlərinin əsrlər boyunca qurub yaratdıqları cəmiyyətdən qurtulmağa can atırlar. Sənaye və yeni texnologiya bunu o dərəcədə hiss etmişdir ki, o öz “övlad”ından asılı vəziyyətə düşmüşdür. İnsanın mənafeyi naminə yaradılan hər bir şey bu gün ona qarşı çevrilib, texniki nailiyyətlər insan zəkasına üstün gələrək, onu təbii formatdan kənara çıxardır və süni şəkildə hazırlanmış beton, şüşə, metalı məkana doğru itələyir... İnsanın yaratdığı şəhərdə artıq onun özünə yer qalmır...

Texniki tərəqqi ilə yanaşı mənəvi tənəzzül baş verir və nəticədə insan genlərində mövcud olan təbii harmoniya disbalansa uğrayır.

Mənbə