Milli Marketinq Forumu 2016

Milli Marketinq Forumu 2016
Məkan:

Cinema Plus

Başlanma tarixi: 27 May Bitmə tarixi: 28 May

MMF2016 “Böhrandan yeni dövrana”

Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir. Bu ilin 27-28 May tarixində IV Milli Marketinq Forumu Cinema Plus-ın 260 nəfərlik 5-ci zalında keçiriləcəkdir. Toplam 6 panel və hər paneldə 4 spiker olmaqla, 30 nəfər spikerin çıxışı planlaşdırılıb.

Forumda “Böhran dövründə Marketinq strategiyası”, “Marketinq Kommunikasiyaları”, “Bloqçuluq və rəy liderliyi”, “Milli keyslər”, “Rəqəmsal Marketinq”, “Şəxsi Brendinq” panelləri olacaqdır ki, bütün panellər üzrə ana istiqamət hazırki iqtisadi şərait daxilində “Böhrandan yeni dövrana” seçilmişdir. Foruma biletləri Cinema Plus kassasından ala və ya saytdan “Bilet al” bölməsindən sifariş edə bilərsiniz. Biletin qiyməti 30 manatdır. Çatdırılma pulsuzdur.Forum boyu twitter həştəqimiz #mmf2016 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz.

Milli Marketinq Forumu 2016 tədbirinin biletlərini CinemaPlus kassasından və ya onlayn sağdakı formanı qeyd edərək ala bilərsiniz. Çatdırılma pulsuzdur.

Bilet əldə etmək üçün əlaqə:  055 793 97 79 (Günel Muradzadə)

Mənbə