Cinema Plus xəritədə

Cinema Plus

Bakı, Nəsimi rayonu, Füzuli küçəsi AZ1000 *** 2 səs

Cinema Plus haqqında

Cinema Plus - oturma yerlərinin sayına görə Azərbaycanın ən böyük kinoteatrdır. Kinoteatrda altı kino zalı vardır ki, bu da kinoteatrın repertuarını daha rəngarəng etməyə imkan verir. “Cinema Plus kinoteatrında ən yeni "Enhanced 4K" texnologiyasının istifadəsi ilə yeni nəsil Barco rəqəmsal proyektorları quraşdırılmışdır. Bu texnologiya ekranlarda ən yüksək səviyyəli dəqiq təsviri və təsvirin yüksək parlaqlığını təmin edir.

Cinema Plus Xpand 3D sistemi

Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, yeni "Xpand 3D" sistemi təqdim edilmişdir. Hazırda "Xpand 3D" sistemi dünya kino bazarında lider mövqeyi tutur, bu sistemdə xüsusi maye kristallik okulyarlı (LCD) eynəklərdən istifadə edilir. “Cinema Plus kinoteatrında istifadə edilən eynəklər aktivdirlər və tamaşaçıya daha parlaq təsvir təqdim edirlər.Xpand eynəkləri çox rahatdırlar, eynək növləri arasında uşaqlar üçün olan modellər də vardır. Kinoteatrın kassalarında siz həmçinin, həm kinoteatrda, həm də televizorunuzda istənilən modifikasiyalı 3D olduğu təqdirdə evdə fərdi istifadə üçün eynəklər əldə edə bilərsiniz.Kinoteatrın repertuarı hər zaman rəngarəng və maraqlıdır, bura dünya premyeraları və ən son kino yenilikləri daxildir, bundan əlavə, müntəzəm olaraq xarici dildə (ingilis, türk və s.) kino göstərişləri təqdim ediləcəkdir.

Cinema Plus kinoteatrının xidmətləri

Cinema Plus kinoteatrında «28 СINEMA CLUB» bonus proqramı nəzərdə tutulmuşdur, istənilən şəxs onun iştirakçısı ola bilər. Bonus kartlarının 3 növü vardır - ən balacalar üçün, doğulandan 12 yaşadək Junior card (həm də oğlanlar və qızlar üçün 2 dizaynda), Standard Card və Gold card. Klubun əsas üstünlüyü ondadır ki, biletləri əldə edərkən kart sahibləri bonus xalları toplayırlar və nəticədə onları pulsuz biletlərə dəyişə bilərlər. Bununla yanaşı, kartlar əlavə imtiyazlar, restoranda endirimlər, VİP kassada fərdi xidmət də təqdim edirlər. Klubun şərtləri və qaydaları ilə saytımızın xüsusi bölməsində daha ətraflı tanış ola bilərsiniz.

Kinoteatrın rəsmi saytında və şəhərin bütün “PayPoint” köşklərində biletlərin onlayn satışı nəzərdə tutulmuşdur.Kinoteatrın əsas xüsusiyyəti , burada «PLATINUM MOVIE SUITES» adlanan təmtəraqlı kino zalının olmasıdır. Kinozalda avtomatik nizamlamalı, fərdi masalara və ofisiantı çağırma düymələrinə malik olan 3D möhtəşəm italyan kürsüləri yerləşdirilmişdir. Kinonu seyr edərkən «Blackberry» restoranının menyusundan həm içkilər, həm də isti yeməklər sifariş etmək mümkündür.

Yemək haqda yeri gəlmişkən, kinoteatrın ərazisində “Express bar” yerləşir, burada siz popkorn (9 növ, o cümlədən, pendirli, şokoladlı, çiyələkli, böyürtkənli, üzümlü, moruqlu və albalılı), sərinləşdirici içkilər, dondurma, Nachos çipsləri, şirin pambıq və s. əldə edə bilərsiniz. Yaxınlıqda «Cappuccino coffee house» yerləşir, burada italyan qəhvəsindən, desertdən dadmaq və yüngül qəlyanaltı etmək mümkündür. Əsl qurmanlara «Blackberry café & bar»-a baş çəkməyi məsləhət görürük, orada müxtəlif ölkələrin zəngin mətbəxi, alkoqollu içkilərin və kokteyllərin geniş seçimi təqdim edilmişdir.