Digital Marketing Conference rəqəmsal marketinq keyslərinin müzakirə edilməsi və bu sahənin inkişafına dəstək olmaq üçün təşkil edilən tədbirdir.
Digital Marketing Conference 2015 Marketing AİR məzunları tərəfindən Facemark.az və Azərbaycanın ilk onlayn marektinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə dəstəyi ilə keçirilir.
DMC 2015 məqsədi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaqdır. Hər il davamlı olaraq keçiriləcək tədbirdə yerli və xarici mütəxəssislər rəqəmsal marketinq keyslərini müzakirə edəcəklər.
Digital Marketing Conference 2015 31 Oktyabr tarixində ADA universitetinin zalında keçiriləcək.
İştirak haqqı: 25 AZN.
DMC 2015-də iştirak edə və aşağıdakı 3 panel üzrə çıxışları dinləyə, suallar verə və müzakirələrə qoşula bilərsiniz:
İnanırıq ki, rəqəmsal marketinq kimi geniş bir mövzunu tam əhatə edə bilməsək də, günümüz üçün ən aktual və faydalı məqamlara toxuna biləcəyik. Təşkilati komanda var gücü ilə bunun üçün çalışır.
Spikerlər, konfransın keçiriləcəyi məkan barədə s. əlavə məlumatı burada ala bilərsiniz.
Sayğac: dmcbaku.az