Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Prezidenti tərəfindən 15 dekabr 2006-cı il tarixli, 488 nömrəli fərmanı ilə Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmişdir. 13 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti yaradıldı.
ADA Universitetində bakalavriat səviyyəsində təhsil 4 illikdir və ingilis dilində aparılır. İngilis dili səviyyəsi aşağı olan tələbələr bir il İntensiv İngilis Dili Proqramında təhsil almalıdırlar. Bu proqram çərçivəsində yazılı və şifahi formalarda ingilis dilindən peşəkar səviyyədə istifadə kimi bacarıqların öyrədilməsi təklif olunur. Həmin proqrama tələbələrin yerləşdirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bakalavriat səviyyəsinə qəbul imtahanlarından sonra aparılır və tələbələrin ingilis dili bilikləri ADA Universitetində yoxlanılır.İngilis dili səviyyəsi ADA-nın tələblərinə uyğun olan abituriyentlər (ADA imtahanından 60 bal, TOEFL IBT 75, IELTS 6.0) birbaşa bakalavriat proqramına başlayırlar. Uyğun olmadığı halda, tələbələr İntensiv İngilis Dili Proqramını keçməlidirlər.