Jurnalistlər üçün müsabiqə

Jurnalistlər üçün müsabiqə
Məkan:

British Council

Başlanma tarixi: 15 İyun Bitmə tarixi: 19 İyun

British Council Azərbaycan Paşa Bankla əməkdaşlıq çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli jusrnalistlər üçün müsabiqə elan edir. Jurnalistər aşağıda göstərilın mövzu ətrafında 500 sözdən artıq olmayaraq məqalə yazıb British Council-a təqdim edə bilərlər:

Həyatda olan, yaxud dünyasını dəyişən və müsahibə almaq istədiyin bir Britaniyalı Qəhrəmanın haqqında məqalə yaz. Ona verəcəyin ilk suallar nə olardı?

Məqalə ya ingilis dilində, yaxud Azərbaycan dilində yazılmalıdır. Məqalələri 18 iyun 2015-ci tarixindən gec olmayaraq Konul.Ahmadova@britishcouncil.az ünvanına göndərə bilərsiniz.

British Council və PAŞA Bank 5 məqalə seçərək British Council-ın Facebook səhifəsində yerləşdirəcək və Facebook istifadəçiləri tərəfindən ən çox bəyənilən məqalə yazarı layihə tərəfdaşlarından planşet qazanacaq. Plaqiatliqdan istifadə olunan məqalələr qəbul edilməyəcək. Məqələləri seçilən beş jurnalist jurnalistika təhsili, yaxud peşəsi haqqında şəhadətnamə və ya arayış təqdim etməlidirlər. Yarışmanın qaydalarını buradan yükləyə bilərsiniz.

Əlavə məlumat üçün British Council Azərbaycan - Könül Əhmədova ilə əlaqə saxlaya bilərsiniz.

Mənbə