British Council xəritədə

British Council

Bakı, Səbail rayonu, Nizami küçəsi, 90A AZ1010 *** 2 səs

British Council haqqında

British Council Birləşmiş Krallığın mədəniyyət əlaqələri və təhsil imkanlarına həsr edilmiş və dünyanın 109 ölkəsində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatıdır. British Council Britaniya ilə digər ölkələr arasında əlaqələr və anlaşma yaradaraq, millətlər arasında etibar doğurur və Birləşmiş Krallığın ideya və nailiyyətlərinə qarşı xaricdə rəğbət qazandırır. British Council hər kəs üçün bərabər imkanlar siyasətinə sadiqdir.Məqsədimiz dünya xalqları arasında inam və qarşılıqlı anlaşma qurmadır. Proqramlarımızla bütün dünyada yüz milyonlarla insana Britaniya mədəniyyəti və yaradıcılığı barədə məlumatlanmaq imkanı veririk.

Təhsil və Cəmiyyət Sahəsində Fəaliyyətimiz

Təhsil sahəsindəki fəaliyyətimizin əsas hədəfi təhsilin beynəlmiləlləşdirilməsi, bu sahədə Birləşmiş Krallıq təcrübəsi innovasiyasının dünyaya yayılması və təhsil partnyorlarının birgə layihələrdə əməkdaşlığa cəlb olunmasından ibarədir.İctimai sahədəki fəaliyyətimiz vətəndaşlara və institutlara daha inkluziv dünyaya töhfə verməkdə kömək edir və sosial tədbirlərdən tutmuş müxtəliflik və gənclərlə bağlı məsələlərə kimi bütün lokal məsələləri qlobal miqyasa çatdırır.Gənclər və sosial sahibkarlıq, bərabər imkanlar və müxtəliflik, miqrasiya, sosial inteqrasiya və məşğulluq və fəal vətəndaşlıq sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsində proqramlar həyata keçiririk.

Sərgilər

Bizim Azərbaycanda ilk Birləşmiş Krallıqda Təhsil sərgimiz 2-3 noyabr 2013-cü il tarixlərində keçirilmişdir. 2014-cü ildə daha 2 sərgi uğurla keçirildi. 2015-ci ildə də bizim yenə 2 sərgimiz olacaq. İlk olaraq 11-12 aprel 2015-ci il tarixlərində Birləşmiş Krallığın məktəbləri, kollecləri və dil kurslarının iştirakı butik sərgi, sonra isə 7-8 noyabr 2015-ci il tarixlərində Birləşmiş Krallığın universitetləri, məktəbləri, kollecləri və dil kurslarının iştirakı ilə böyük sərgi keçiriləcək. Keçirilən sərgilər ilə bağlı ətraflı məlumat üçün Education UK sərgilərinin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.

Birbaşa marketinq xidmətləri     

Biz Birləşmiş Krallıq universitetlərinə tədbirləri, kursları və digər təklifləri ilə bağlı elanlarını British Council Azərbaycanın onlayn resurslarında yerləşdirmək imkanını yaradırıq. Birləşmiş Krallıq universitetləri, kollecləri və məktəbləri müəyyən vaxtlarda British Counil ofisində seminarlar və təqdimatlar həyata keçirir. Biz həmin seminarlar barəsində internet və rəsmi Facebook səhifələrimizdə və Twitter hesabımızda qabaqcadan elan verir və tədbirlərə iştirakçıların öncədən qeydiyyatını aparırıq.