Bakıda 5-ci 'Britaniya təhsil' sərgisi

Bakıda 5-ci 'Britaniya təhsil' sərgisi
Məkan:

Hilton Baku

Başlanma tarixi: 07 Noyabr Bitmə tarixi: 08 Noyabr

British Council sizə yenidən Britaniyanın ən yaxşı universitetləri, kollecləri, məktəbləri və dil kursları ilə Azərbaycanda görüşmək imkanı yaradır. Belə ki, 7-8 noyabr 2015-ci il tarixlərində biz son 3 ildə Bakıda özümüzün artıq 5-ci Birləşmiş Krallıqda Təhsil Sərgisinə ev sahibliyi edəcəyik. Bu dəfə də sizin təhsil institutlarının nümayəndələri ilə görüşlərinizi təşkil etməklə, təqdimat və seminarlar keçirtməklə, iştirakçıların təqaüd və güzəşt imkanlarını sizə təqdim etməklə, eləcə də müxtəlif müsabiqələr keçirtməklə məqsədimiz sizi Birləşmiş Krallıq təhsilinin imkanları ilə daha yaxından tanış etmək və sizə Britaniyada təhsil almağa yardımçı olmaqdan ibarətdir. İndiyə qədər keçirilən sərgilərdə iştirak edən minlərlə yeniyetmə, gənc, peşəkar şəxslər, həmçinin valideynlər, müəllimlərdən aldığımız çoxsaylı pozitiv rəylər sərgilərimizin Birləşmiş Krallıqda təhsil almaq məqsədinə çatmaqda necə vacib rol oynadığına bizdə tam əminlik yaradır. İnanırıq ki, siz bu fürsəti qaçırmayacaqsınız və uğurlu peşəkar karyeranız üçün vacib təhsil qərarınızı elə bu sərgidəcə verəcəksiniz.

Sərgidə iştirak ödənişsizdir. Sadəcə olaraq sizin növbəti linkdə sərgiyə qeydiyyatdan keçməyiniz lazım olacaq: az.edukexhibition.org

Qeydiyyatdan keçmək üçün ilk öncə ‘Hesab aç’ funksiyasından istifadə edib öz şəxsi və təhsil planlarınız ilə bağlı ilkin məlumatlarınızı daxil edib özünüzə hesab açırsınız. Bu hesab vasitəsilə bundan sonra bizim bütün sərgilərə çox rahatlıqla qeydiyyatdan keçə biləcəksiniz. Əgər siz bu sərgidən öncə özünüzə hesab açmışdınızsa o zaman eyni istifadəçi adı və parol ilə sistemə daxil ola bilərsiniz.

Hesabınız ilə bağlı məlumat dərhal sizin e-mail ünvana göndəriləcək və siz istənilən zaman oradakı məlumatları yeniləyə bilərsiniz. Hesabınızı açdıqdan dərhal sonra isə siz bir neçə əlavə suala cavab verməklə 7-8 noyabr 2015-ci il tarixlərində keçiriləcək sərgiyə rahat şəkildə qeydiyyatdan keçə biləcəksiniz.

Sərgi proqramı və müsabiqələr də daxil olmaqla sərgi haqqında daha ətraflı məlumat və yeniliklər üçün bizim veb və Facebook səhifələrimizi və ya Education UK-in vebFacebook səhifələrini izləyə bilərsiniz.

Facebook-da sərginin səhifəsinə qoşulun və yeniliklərdən mütəmadi xəbərdar olun. Sərgidə iştirak edəcək universitet, kollec, məktəb və İngilis dili kurslarının bu günə olan siyahısını təqdim edirik:

Kollec, Məktəb və Dil kursları

  • Brooke House College
  • Cardiff Sixth Form College
  • EF Education First
  • Kaplan International Colleges
  • Kaplan International English
  • Ruthin School

Universitetlər

  • Cardiff University
  • City University London
  • Coventry University
  • Heriot-Watt University
  • INTO University Partnerships
  • Lancaster University
  • Newcastle University
  • Queen Mary, University of London
  • The University of Edinburgh
  • The University of Nottingham
  • The University of Reading
  • University of Bath
  • University of Birmingham
  • University of East Anglia
  • University of Glasgow
  • University of Law
  • University of Leeds
  • University of Leicester
  • University of Surrey
  • University of Sussex
  • University of Warwick
  • University of West of Scotland

Mənbə