1-ci FİP Arena Polo Avropa Çempionatı

1-ci FİP Arena Polo Avropa Çempionatı
Məkan:

Azərbaycan Atçılıq Federasiyası ARAF

Başlanma tarixi: 04 Sentyabr Bitmə tarixi: 12 Sentyabr

Möhtəşəm keçirilmiş iki Arena Polo World Cup Azerbaijan tədbirlərindən sonra World Polo GmbH dünyada bir ilk olan 1-ci FİP Arena Polo Avropa Çempionatını təqdim edir.

4-12 Sentyabır 2015-ci il tarixləri aralığında Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaq üzrə 6 komanda Birinci FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda yarışacaqlar. Tədbir Azərbaycan Respublikası Atçılıq Federasiyası, Elite Horse and Polo Club və World Polo’nun birgə təşkilatçılığı ilə keçiriləcək.

2014-cü ilin Dekabr ayında keçirilmiş olan Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında polonun tarixində ilk dəfə keçiriləcək FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsi qərarı verilmişdir.Sentyabırın ilk həftəsi komandalar bir-birinə qarşı qum örtüyü olan qapalı manejdə, ikinci həftəsi isə ot örtüyü olan açıq manejdə yarışacaqlar.

Bu o deməkdir ki, tədbirimizdə 18 qarşılaşma olacaq. Hər komanda üç əsas və iki yedək oyunçudan ibarət olacaq. Tədbir üçün təşkilatçılar Alegria Polo Farm və Garros Polo Farm Argentina’dan gətirilmiş 72 Argentina polo atı təqdim edəcəklər. Keçən il keçirilmiş Grass Arena Polo World Cup Azerbaijan tədbirində möhtəşəm çıxışı ilə yadda qalan komandamız bu il böyük irəliləyiş əldə edərək tamaşaçılarımızı sevindirməyə çalışacaq!

Biletləri əldə etmək üçün əlaqə nömrələri:

  • (+994 12) 565 31 51 
  • (+994 77) 498 00 00 
  • (+994 55) 920 99 51

Bundan başqa biletləri Bakı şəhərindəki bütün kassalardan eyni zamanda Azərbaycan Atçılıq Federasiyasının internet saytında online əldə edə bilərsiniz.

FİP Arena Polo Avropa Çempionatı təqvimi:

  • 4 Sentyabr

16.30 Qapılar açılır
17.00 Azərbaycan - Almaniya
18.00 İspaniya - İtaliya
19.15 İsveçrə - İrlandiya

  • 5 Sentyabr

16.30 Qapılar açılır
17.00 Azərbayca - İtaliya
18.00 İsveçrə - İspaniya
19.15 İrlandiya - Almaniya

  • 6 Sentyabr

16.30 Qapılar açılır
17.00 İsveçrə - İtaliya
18.00 Almaniya - İspaniya
19.15 Azərbaycan - İrlandiya

  • 10 Sentyabr

16.30 Qapılar açılır
17.00 Komanlaraın təqdimatı və açılış mərasimi
17.15 Azərbaycan – İsveçrə
18.00 İtaliya - Almaniya
19.15 İrlandiya - İspaniya

  • 11 Sentyabr

16.30 Qapılar açılır
17.00 Almaniya – İsveçrə
18.00 Azərbaycan - İspaniya
19.15 İtaliya - İrlandiya

  • 12 Sentyabr

17.00 Qapılar açılır
17.30 Azərbaycan Atlarının paradı
18.30 5-ci yer uğrunda oyun
19.30 3-cü yer uğrunda oyun
20.30 Avropa Çempionatının finalı
21.30 Mükafatlandırma mərasimi
22.00 Elite Horse & Polo Club-da Polo Party

Mənbə