Havaların soyuq keçdiyi zaman belə bir sual ortaya çıxır: niyə Florida ştatında ev əldə etməyək? Lüks məkan əldə etmək istəyənlərin nəzərinə çatdırırıq ki, Floridanın paytaxtı Mayamidə növbəti 2 il ərzində 3 yaşayış binasının inşası tamamlanmaq üzrədir.
Jade Signature : Sunny İsles çimərliyində yerləşən bu 57 mərtəbəli yaşayış binası dünyanın məşhur memarlıq şirkəti "Herzog de Meuron" və "Fortune İnternational Group" tərəfindən inşa olunur. Parisdə "Four Seasons George V" , Londonda "Savoy "otelindəki işlərinə görə məşhur olan "Pierre-Yves Rochon" dizayn firması yaşayış binasının interyerinə görə məsuliyyət daşıyır. 192 mənzildən ibarət olan binada qiymət 2 milyon dollardan başlayır. Bina hal- hazırda inşa olunmaqdadır. Layihənin təhvil verilməsi 2016- cı ilə planlaşdırılır.
Jade Signature-dəki müasir penthauzun qiyməti 29 milyon dollardır. 7,570 kvadrat fut və 360 dərəcə dairə panarama balkon ilə, 11,660 kvadrat futda yerləşən rezidensiya 56- cı mərtəbəni tam, 57- ci mərtəbənin isə bir hissəsini əhatə edir. Penthauz 5 yataq otağından (7 – yə qədər artırılma imkanı), 9-10 vanna otağından, okean mənzərəli şəxsi hovuzdan, şəxsi liftdən, idman zalı və spa otağından ibarətdir.
One Thousand Museum: Məşhur memar Zaha Hadid işgüzar şəhər olan Mayamiyə yeni dəbdəbə gətirir. Tikilinin yekunlaşdırılması 2016-cı ilin sonuna planlaşdırılır və artıq "One Thousand Museum" tikilməyə başlanmaqdadır. 83 ədəd layihə ilə 62 tarixçə arasında bu layihə Qərbi Yarımkürədə ilk göydələni qeydə alır. Hadidin dizaynı ikitərəfli pentauzdan yarım mərtəbə residensiyalara kimi dərəcələrənən layihə seçimləri ilə spa, açıq səmada meydança, ümumi və özəl hovuzlar nəzərdə tutur.
İkimərtəbəli penthauz 58 və 59- cu mərtəbələri əhatə edir. Ümumi yaşayış sahəsi 15.200 kvadrat metrdir. Yaşayış sahəsinə 6 yataq otağı, 7 vanna otağı, şəxsi hovuz, şəxsi idman zalı və binanın damındakı vertolyot meydançasında xüsusi çıxış daxildir. Terras və balkonlar yaşayış sahəsinə əlavə olaraq 1300 futdur. Penthauzun qiyməti təxminən 49 milyon dollar olsa da, özəlləşdirmənin qiymətə təsiri olacaqdır.
The Bath Club Estates: Tezliklə, Mayami sahilində 18 mərtəbəli yaşayış yeri istifadəyə veriləcəkdir – bu, təsisçi "Peebles" Korporasiyasının və bir çox arxitekturların ideyasıdır. Bina 13 eksklüziv mənzili ilə çox eksklüzivdir: bir üçmərtəbəli penthauz, 2 ikimərtəbəli villa və on birmərtəbəli mənzillər. Tikinti 2015- ci il yanvar ayında başlayıb 2016- cı ilin ortalarında bitməlidir. "Douglas Ellimandan" və "Chris Leavitt" vasitəçidir.
13 il ardicil olaraq dünyada top 100 dizaynerdən biri olan, "Architectural Digest" tərəfindən adı çəkilmiş arxitektor Jennifer Postun layihəsinə uyğun tikilən üçmərtəbəli penthauz binanın ən üst 3 mərtəbəsini əhatə edir. 50 milyon dollar dəyərində olan, 9,200 kvadrat fut daxili yaşayış sahəsi ilə okeana, Mayami horizonuna, Biskeyn körfəzinə mənzərəsi olan bu penthauz 5 yataq otağı, 7 vanna otağından ibarətdir. Eyni zamanda bura lift, ev kinoteatrı, şəxsi terras və hovuz daxildir.