SEO'da əlifba səhvləri

Digital reklama qoyulan investisyanın artmağa davam etdiyi bir dövrdə “Reklam Dəf Etmə Tətbiqləri” də gündən-günə artır və bu SEO’nun əhəmiyyətini daha göstərir.

Dünyada “Reklam Dəf Etmə Tətbiqləri” istifadəsi kütləvi hal almağa başladı. Hətta bir çox şirkət bunun qarşısını almaq üçün müxtəlif strategiyalar və ya böyük büdcəli kampaniyalar hazırlamağa başladılar. Problem odur ki, istehlakçı “indi satın al” və ya “indi sifariş et” kimi reklam bombadımanına tutlmaqdan yorulub. PageFair və Adobe’un hesabatına əsasən “reklam dəf etmə tətbiqləri” ilə faydalananların sayı 200 milyon aktiv istifadəçini keçmişdir.

Bu arada Google rəqibi Yahoo ilə axtarış nəticələri və reklam idarəetmə sahəsində müqavilə bağladılar. 2018 sonunda qədər keçərli olan müqavilə şərtlərinə əsasən Google Yahoo’nun həm kompüter (desktop), həm də mobil cihazlarda axtarış sistemi reklamları və vizual axtarış xidmətləri ilə təmin edəcək. ABŞ-da “masaüstü” payı 12,7 % olan Yahoo bununlada Microsoft ilə 10 illik əməkdaşlığını dayandırmışdı. Google və Yahoo arasındakı bu ortaqlıq axtarış sisteminə müsbət yöndə öz təsirini göstərəcəkdir. Google’da edilən axtarışlarda Yahoo servisində də göstərilməyə başlayacaqdır.

Keçək saytınızda etdiyiniz SEO xətalarına:

  • Çoxlu sayda bir səhifə daxilində xarici baclink vermək.

Samir Kərimovun bu bloq yazısını nümunə göstərmək olar.

  • Təkrarlanan kontent.

Buna misal olaraq xəbər portallarının yazılarını göstərmək olar. Onlar mütamadi olaraq yazı paylaşdıqıarından Google yazıları tez indeksləyir. Amma bunun “kontent sürət”i olduğunu bildiyi an məhəbbət də bitmiş olur. Qafqazinfo.az ’ın yazısını biizmyol.info copy+paste edirsə bu onlar üçün dini liderlərin verdiyi ölüm fətvasından da pis olduğunu deyə bilərəm.

  • Məntiqsiz şəkildə açar sözlərinizi təkrarlamayın.

Google Penguen 3.0 yeni bir sistem yaratdı: “Latent semantic indexing” . Bu sistem bir məqalə daxilində məntiqsiz şəkildə təkrarlanan açar sözləri tapmaqda olduqca uğurlu olacağı gözlənilir. Bu axtarış sistemlərindəki sıralamanıza mənfi yöndə təsir edəcəkdir.

  • Məqalə və səhifə içərisində uzun kontentlərə diqqət!

Yazılmış bir məqalə və ya kontent daxilində çox uzun yazılar ziyarətçilərin diqqətini çəkməməkdədir. Gələn ziyarətçilərin səhifədə uzun müddət saxlamaq üçün öz və faydalı məlumat verilməsi kifayətdir. Çox yazı yazmaq yerinə infografiq, rəsim və ya video’dan faydalanın.

  • Səhifə və ya məqalənizin başlıq və description bölməsini boş buraxmaq.

Aşağıdakı “Exspress Bank” və “Bank of Baku” nümunsinə baxaq! Express Bank Başlığı boş buraxıb və description bölümü isə simvol limitini aşdığından üç nöqtə ilə davam edib.

  • Müəyyən kategoriyada ixtisaslaşmamaq

Bu bizim indiki bloqerlərin əksəriyyətinin problemidir. Tural Turan bloqu buna nümunədir. Saytınızın kontentinin müəyyən mövzularda olması hədəf kütlə yaratmaq, loyal oxuyucu kütləsi qazanmaq və ən əsası təbii (organic) sayt tarfiqi əldə etmək baxımından çox vacibdir. Sırf HR turizm üzərində qurlumuş bir saytınız varsa marketinq və ya idamndan yazmağınız olduqca mənasızıdr. Bir-iki oxuyucu qazanmaq xətrinə belə xətalar etmək gərəkməz.

  • SEO mövzusunda peşəkarlardan dəstək almamaq.

SEO bir səfər görülən iş deyil. Nəticələrini 2-3 aya görə bilərsiniz.

  • 3000×3000 ölçüsündəki rəsmə yeni hündürlük ve genişlik ölçüləri verilərək 500×300 ölçüsündə istifadə etmək heç də məntqli addım deyildir. Bu səhifənin açılış sürətində və ya yüklənmədə problemlərlə öz sözünü deyəcəkdir. Əlavə olaraq individual (orginal) olmayan rəsmlərdən istifadə etməyin. Aşağıdakı rəsm nümunəsinin mövzumuza heç bir aidiyyatı yoxdur (siz əlaəqli vizual kontent paylaşın əlbəttə). Bu kontent fərdidi, yanlız mənədədir, heç bir zaman paylaşılmayıb. Və əmin olun ki, bir müddət sonra “SEO Azərbaycan” yazdıqda bu şəkil mütləq çıxacaq.


M. Babazadə, dərtləşən küçə fənərləri

Son olaraq SEO xidməti bilimirəm ki, əksəriyyət üçün hələ də anlaşılan deyil. Hətta gərəksiz bilənlərdə var. Sizə tövsiyəm Bir vaxtlar dünyanın ən varlı adamının etdiyi xətanı etməyin “Bill Gates supposedly said that 640KB of memory “ought to be enough for anybody”

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: https://mushfiqshirali.wordpress.com