Youtube-da SEO və ya “Uğursuz”un uğuru

Youtube-da SEO və ya “Uğursuz”un uğuru
1273

Youtube video portalının dünya üzrə istifadəçi sayı 1 milyarddan çoxdur. Google reklam gəlirinin 6 %-i Youtube-dan gəlir. Youtube-dan istifadə edənlərin 40%-i musiqi sevənlərdir. Bu yazıda dünyanın ən böyük video kontent platforması və eyni zamanda dünyanın 2-ci böyük axtarış sistemi Youtub-da SEO-dan bəhs edəcəm. Yazı giriş xarakteri daşıyır. İlk öncə bildirim ki, Youtube-un Google SEO-suna qatqısı böyükdür. Youtube müasir dünyada şirkətlərin rəqəmsal marketinq strategiyasına əlavə etdiyi, hədəfləri və büdcəsi olan bir kanal olmağa başladı. Məlumdur ki, Google ilk sıralamada yazılı veb saytın yerineəvideo kontentlərə daha çox dəyər verir. Youtube-un xüsusi alqoritması var ki, bununla videonuzun tam izlənilib-izlənilmədiyini, istifadəçilərin neçənci saniyədən sonra təqibi buraxdıqlarını və s. analiz edə bilir. Şirkətlər istehlakçıların şüuraltısında yer tutmaq, marka idrakı (brand perception) və fərqindəlik (awareness) yarada bilmələri üçün davamlı olaraq xüsusi (özlərinə xas) kontentlərlə Youtube kanallarını aktual saxlamalıdırlar. Elməddin Xəlilov adlı yaxın dostumuz boş vaxtlarında hazırladığı animasiyanı Youtube kanalında yerləşdirməyə qərar verir. Hətta, gəlir əldə edə biləcəyinin fərqinə varır ( sonrakı yazılarımda “Google AdSense”-ə qoşulmaq və partnyor şirkətlər haqqında məlumat verəcəm). Kanal üzərində bir neçə vacib nüansları izah etməyə çalışacam.

  • İlk öncə kontentinizin kopya olmamağına diqqət edin. Youtube bunun fərqinə mütləq varacaq. Elməddin bəyin “Uğursuz” adlı videosu hər şeyi ilə originaldı. Hətta, musiqilər belə xüsusi sifarişlə azərbaycanlı bəstəkar Səid Qəniyə hazırladılıb. Amma başqa bir nümunəyə baxaq. Səma Abiyeva adlı, sürətlə uğur qazanan istifadəçinin kanalında ən çox uğur qazanan 4 video kopya xarakterlidir. Başqa sözlə, kanal bağlanma təhlükəsiylə qarşı-qarşıyadır.

  • İnsanlar videonu izləyərkən başlığa (title) baxırlar. İstifadəçilər başlıqla əlaqəsi olmayan kontent olduğunu bildikləri an videonu yarıda kəsəcəklər.
  • Açar sözlər olduqca vacibdir (necə, izah, dərs, idmanla əlaqəli ifadələr, gülməli videolar-bu tipli açar sözlər olduqca populyardır).
  • İstifadəçi təcrübəsi: SEO baxımından“backlink ” nə qədər vacibdirsə, istifadəçi təcrübəsi də o qədər vacibdir. Çunkü istifadəçilər şərh, paylaşım və ya kanalınızı bəyənməklə sizə istinad edirlər.
  • Videonun davamlılıq müddəti ən azı 10 dəqiqiə olmalıdır. Yazılı məqalə kimi video da nə qədər uzun davam etsə, o qədər üstünlük qazanmış olursunuz.

  • Başlıq 50 simvoldan az olmamalı və diqqət çəkən olmalıdır. Bunun üçün “Youtube Keyword Tool”-dan istifadə edə bilərsiniz.
  • İzahat (description) bölümü ən azı 250 simvoldan (5000 simvola qədər mümkündür.) az olmamalıdır. Simvol limitinə görə başlıqda qeyd edə bilmədiyiniz ifadələri bura yaza bilərsiniz.
  • Youtube 4K dediyimiz, 4096×2160 ölçülü daha yüksək keyfiyyətli (resolution ) videoya imkan verdiyindən videonuzun keyfiyyət ölçüləri nə qədər yaxşı olsa, o qədər lehinizədir. Videonuzun sona kimi izlənməsi də olduqca vacibdir.
  • Youtube-da SEO-ya qatqısı 25% izlənən video ilə 75% izlənən video ilə eyni deyil.
  • Videonuzu tövsiyə edilən video olaraq seçə bilərsiniz.

  • “Playlist” yaradaraq oxşar kontentli videoları tək bir siyahıda toplaya bilərsiniz.
  • Videonuzun başqa kanallarda istifadə olunmasına icazə verin. Onsuz da Youtube ilk olaraq sizin kanalı əsas mənbə olaraq götürəcək.
  • İstifadəçilər Youtube-da axtarış etdiyində ilk olaraq vizuala baxar. Buna görə də videonun kontentini açıqlayan bir rəsim yerləşdirməlisiniz.
  • Videolarınızı sosial medyada paylaşmağınız da mütləqdir. Xüsusən Google+ səhifənizin aktivliyi və aldığı “+1”-lər videonuzun SEO-su üçün vacibdir.
  • Etiket-Vaxtilə Google Panda yeniləndikdən sonra Matt Cutts Google veb saytlarda açar sözlərə diqqət etmədiyini bildirmişdi. Amma bu Youtube-a aid deyil. Etiket bölməsini videonuzla əlaqəli açar sözlərlə doldura bilərsiniz. Son olaraq Sosialbakers-ə istinad edərək Azərbaycanın ən populyar Youtube kanallarını sizə təqdim edirəm. Siz də görəcəksiniz ki, yalnız bir neçə brend Youtube-dan faydalana bilib. İnanıram ki, bu reytinq qısa bir zamanda dəyişəcək .

Müəllif: Müşfiq Şirəliyev

Mənbə: mushfiqshirali.wordpress.com