Qol saatları barəsində TOP-10 fakt

Qol saatları barəsində TOP-10 fakt
5953

İndiki dövürdə vaxtı öyrənmək problem deyil. Hər bir mobil cihazda və ya ofis kompüterlərində saat var. Bu rəqabət ilə qol saatlarının rolu ikinci plana düşmüş və sahibkarının zövq və tərz əşyasına çevrilmişdir. Qol saatları barəsində bir neçə faktı diqqətinizə çatdırırıq.

1. İlk saatlar Napaleonun ögey oğlunun bölmə generalı- Yevgeniy Boqarne üçün 19 – cu əsrin başlanğıcında yaradılmışdır, lakin o zamanlar lazimi səviyyədə dəyərləndirilməmiş və geniş yayılmamışdır. Hərbiçilər arasında tranşeyn adlandırılan saatlar və ya “bilək” saatları məşhurlaşmağa başladı. Adından da göründüyü kimi onları əlin biləyində gəzdirirdilər. Onlar cib və əl saatlarının keçid mərhələsi oldu. İndiki dövrdə mobil telefonların geniş yayıldığına görə, saatlar öz aktuallığını itirmiş və daha çox gözəl aksesuar rolunu oynayır.

2. Adi qol saatlarının hazırlanmasında iyirmidən çox insan iştirak edir.

3. Əgər tıqqıldayan qol saatını ağıza qoyub, qulaqları əlləriniz ilə bərk sıxsaz, sakit bir tonlu tıqqıltı ilə birlikdə ağır zərbələr eşidiləcək.

4. Bir çox saat detalları müasir qurğulardan və avtomatlaşdırılmış avadanlıqlardan istifadə etməklə isveçrə zavodlarında istehsal olunur. Yalnız bəzi elit saat istehsalçı zavodlar tam əl ilə yığıma üsuluna üstünlük verirlər. Bu saatların dəyəri bir neçə min dollardan başlayır.

5. Dünyaca məşhur “Tissot” saatlarının tarixi 1853 – cü ildə kiçik əyalət sexində başlayıb və orada işləyənlər sahibkarların özləri- ata Şarl və oğlu Əmil Tisso olub. Digər rəqiblərindən onların saatları hələ o zamanlar keyfiyyətinə və dəqiqliyinə görə fərqlənirdi. 1866 – cı ildə “Tissot” rus zabitləri üçün saatların hazırlanması üzrə böyük sifariş qəbul edir və 1917 – ci il inqilabına qədər Rus İmperator sarayının rəsmi saat təchizatçısına çevrilir. Böyük sifarişçisini itirdikdən sonra Tisso seriyalı istehsalı təşkil edir. Emil Tisso şəxsən 53 dövləti yeni bazar axtarışı ilə gəzir. Bu gün şirkətin dünyanın müxtəlif yerlərində 150 filialı vardır. Təxmini hesabla ildə bu ticarət markasının milyona yaxın saatı satılır.

6. 1974 – cü ildən “Tissot” firması bütün geniş müsabiqələrin partnyoru və rəsmi “vaxt qoruyucusu” hesab olunur. Eyni zamanda isveç saat şirkəti olan "Tissot" bizim dövlətdə Bakı 2015 1 – ci Avropa oyunlarının partnyoru və rəsmi xronometristi oldu.

7. Bir çoxları düşünür ki, «Swatch» isveç saatlarının adı «Swiss Watch» (“İsveç saatları”) sözlərinin abbreviaturalarıdır. Lakin firmanın təsisçilərindən biri olan Corc Hayekin təsdiq etdiyi kimi, bu belə deyildir. Bu ad “Second Watch” (“İkinci saat”) sözlərindən alınmışdır. Yəni hər gün üçün yararlı və vacib aksesuar.

8. Hər il dünyada 1 milyarddan artıq saat istehsal olunur. İstehsalın 60%-ı Yaponiyada cəmləşmişdir.

9. Dünyada ən bahalı saatlar - Chopard dəyəri 25.000.000 $ . Bu brillyantlar ilə unikal qızıl bəzək əşyasıdır. Qolbaqda olan bütün daşların çəkisi iki yüz karatdan bir az artıqdır.

10. Bruney sultanının kiçik qardaşı şahzadə Cefri əl saatına səpilmiş 10 ədəd brilyanta görə 5,2 mln. dollar ödəmişdir.