19 dekabr, Ambassodor Hoteldə, ölkəmizdə Milli İnsan Resursları Forumu keçiriləcək. Hər birinizi ölkə biznesi üçün son dərəcə əhəmiyyətli olan tədbirə, dəvət edirəm. Əminliklə bilirəm ki, Forum super olacaq. Bəs Sizdə sual yarana bilər – Niyə mən “hər birinizi” dedim, niyə biz hesab edirik ki, HR Forum butün biznes nümayəndələri üçün faydalı ola bilər?
Ilk əvvəl qeyd etmək istəyirəm ki, HR Forumun təşkilatçıları dostlarımız, Marketinq AİR məzunları tərəfindən edilməsi, Forumun yüksək səviyyədə keçiriləcəyini bir işarədir. Çünki, bizim AİR komandası, dəfələrlə tədbirlər, forumlar ediblər və mən bilirəm ki, təcrübə hər zaman öz sözünü deyir.
HR bugün biznes üçün ən vacib amillərinin başında dayanır. Muasir sahibkarın əsas sərvəti məhz düzgün komanda, təcrübəli və ixtisaslı işçilərdir. İşçi olduqdan sonra biznesdə uğur qazanmaq daha asand görünür. İşçilərlə iş, əlbəttə düzgün HR strateqiyası əsasında edilə bilər. Bugün ölkəmizdə təəsüf ki, HR anlayışı tam bizneslərdə oturmayıb. Biz hələdə, insan qaynaqları dediyimiz zaman sovetin “otdel kadr”larını xatırlayırıq. Amma əslində bugün insan qaynaqları biznesdə olmazsa-olmaz funksiyalardandır.
Sizə səmimi deyim, bu aylarda mənim öz biznesimdə ciddi kadr problemləri var. Nə gizlədim… bir həftə ərzində 2 təcrübəli mağaza müdirimiz işdən çıxdı (səbəblərini soruşmayın, ayrı bir bloq mövzusudur), parelel olaraq bu iki mağaza bir yana, bizim yeni açılacaq satış nöqtəmiz üçündə “sıfırdan” komanda yığılmalıdır və s. Neysə…
Əziz oxucu, istənilən Azərbaycan sahibkarından soruşun… və görəcəksiniz ki, ən böyük problem insandır. Bu qətiyyən o demək deyil, Azərbaycanda ixtisaslı kadrlar yoxdur. Sadəcə biz hələ belə kadrları hardan və necə tapacağımızı bilmirik. Bilmirik dediz yadıma düşdü… bilirsiz biz HR sahəsində nə qədər şeylər bilmirik?! Məsələn:
Biz bilməliyik ki, bu dediklərimizi bilməyin yolu yalnız və yalnız maariflənmədən keçir. Biz mütləq öz ölkəmizdə biznesi maarifləndirən tədbirlərdə iştirak etməli, onlara dəstək olmalıyıq. Əgər biz Azərbaycanımızın güclənməsini istəyiriksə, bunun yolu güclü iqtisadiyyatın qurulmasıdır. Bəs bu necə ola bilər!? Çox sadə intelektual biznesmenlər ordusunun yaradılması ilə.
Əziz oxucu, mən düşünürəm ki, Milli İnsan Resursları Forumu, məhz belə ordunun formalaşması üçün gözəl alətlərdən olacaq. Hər birinizi dekabr ayının 19-su, Ambassador Hoteldə keçiriləcək Foruma dəvət edirəm. Məndə orda olacam!)
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com