Marketinq AİR 7

Marketinq AİR 7
Məkan:

Dəmirçi Tower

Başlanma tarixi: 01 Sentyabr Bitmə tarixi: 27 Sentyabr

Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən "Marketinq AİR" Oktyabr ayının 1-dən etibarən yenidən təlimlərə start verir. Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcəkdir. 

Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin təlimlər zamanı Azərbaycan şirkətlərinin top menecerləri tərəfindən sırf praktikaya əsaslanan 5 master klass nəzərdə tutulmuşdur. Xatırladaq ki, son 3 ildə artıq 6 belə praktik marketinq təlimləri keçirilmiş və indiyədək 300-dən çox məzunu olmuşdur.

Marketing AİR təlimlərində iştirak haqqı 150 azn-dir. Şirkətlər üçün xüsusi, sərfəli korporativ paketlər də nəzərdə tutulmuşdur.

Qeydiyyat:

  • Təlimlərdə qeydiyyat Facemark.az saytında bu formanın doldurulması vasitəsilə mümkündür.
  • Qeydiyyat 27 Sentyabr 2015-ci il tarixində bitir.
  • Təlim 01 Oktyabr tarixindən başlayaraq 2 ay ərzində 20 mövzu üzrə davam edəcəkdir.

Təlimçilər:

  • İlkin Manafov - "German Studio" şirkətinin Rəhbəri;
  • Anar Bayramov - "Dəmirbank ASC"nin Marketinq Direktoru;
  • Rafiq Vəliyev - "İdeal" parfum və kosmetika mağazaları şəbəkəsinin Marketinq Direktoru.

Məkan və vaxt:

"Dəmirçi Plaza"da keçiriləcək təlimlərdə innovativ tədris konsepsiyası tətbiq ediləcək. Təlimlərdə milli biznes-keys və ev tapşırığı olacaq. Belə ki, tədris zamanı dinləyicilər yalnız milli keyslər, praktik yanaşmalar deyil, həmçinin verilən ev tapşırıqları əsasında mövzularla daha dərindən tanış olacaqlar. Təlimlər həftədə 3 dəfə olmaqla saat 19:00-da başlayıb 21:00-da bitəcəkdir.

Mövzular:

  • Biznes istiqaməti üzrə olan 5 mövzuda əsasən, yeni biznes yaradılma alqoritmləri, biznesin həyat tsiklinə görə yanaşmalar və mövcud bizneslərin inkişafı barədə təlimlər veriləcəkdir. Ümum iolaraq 3 ev tapşırığı nəzərdə tutulur.
  • İdarəetmə istiqaməti üzrə olan təlimlərimizdə liderlik, biznesdə idarəedilmə sistemləri, idarəetmədə dayanıqlı inkişaf modelləri barədə söhbət açılacaq.
  • Marketinq istiqaməti üzrə olan təlimlərdə əsasən marketinqdə motivasiya elementləri və satış, marketinq kommunikasiyaları, satışa yönəlik marketinq aktivlikləri və yeni-mediyalar haqqında olan fikirlər əsas mövzular olacaqdır.

"Marketinq AİR" təlimlərində ilk dəfə olaraq qlobal təcrübədə tətbiq edilən Steinbeis Qlobal Institutu tərəfindən patentləşdirilmiş İMlead modeli də tətbiq ediləcək. Bu model özündə mövzuların birbaşa olaraq təlimdə iştirak edənlərin ehtiyaclarına uyğunlaşdırılması, prezentasiyalarda xüsusi səs-effektlərindən istifadə və ev tapşırıqlarının verilmə qaydalarını əks etdirir.

Təlimlərlə bağlı hər hansı sual və məlumat üçün marketingair@facemark.az mailinə yaza və ya 070 333 05 30 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Mənbə