Məsələ sadəcə təyyarəyə minmək deyil

Məsələ sadəcə təyyarəyə minmək deyil
1707

Keçən iki həftəni 6 ölkəni əhatə edən uzun trayektoriyalı səyahətdə keçirdim. Səyahət zamanı nəqliyyatımı 4 avia şirkətə məxsus 6 təyyarə ilə də təşkil etmə şansım oldu. AZAL-ın məlum hazırki qiymətləri səbəbindən isə, səfərə məhz GÜRCÜSTANdan başlamışdım. Qəribəsi isə, mən səyahətdə olarkən AZALımız avqustandan etibarən “qiymət endirimi” eləməsidir. Yazım AZAL ilə bağlı olmayacaq, amma AZAL-a bir şeylər göstərəcəkdir. Burada həmin 4 avia şirkəti qiymətləndirəcəm. 2 ildən artıq araşdırma təcrübəm olmasından daha çox müştəri kimi buna haqqım olduğunu düşünürəm… (Əvvəlcədən onu qeyd edim ki, bir şirkəti professional dəyərləndirmək üçün onun bir-iki təyyarəsinə minmək kifayət deyil. Şirkətlərə məxsus bütün obyektlər, ayrı-ayrı vaxtlarda, hər biri ən az 3 dəfə və fərqli müştərilər tərəfindən ziyarət edilməli və qiymətləndirilməlidir. Bundan sonra Şirkətə dair peşəkar rəy bildirmək olar. Çünki, insan və hava amili burada əsas rol oynayır)

İlk olaraq, Pegasus şirkətindən başlamaq istəyirəm… Həmin şirkət ilə macəram onun veb səhifəsindən başladı. Avia bilet alarkən bir neçə dəfə error-a hədəf oldum. Formu doldurub tamamlamışdım ki, təzədən doldurmağa məcbur oldum. Ancaq, ucuz bilet təklifləri “naz” eləməyə imkan vermədi. J Bileti aldım: Tiflis-İstanbul-Praqa… Sizin heç uçan traktora minib-minmədiyinizi bilmirəm, amma Pegasus belə bir tur təşkil edir. Adrenalin dolu, enişi qorxulu iki təyyarə gəzintisi. Bundan əlavə, təyyarə daxilində, içməyə ancaq ödənişli nə isə verilirdi. Yəni, yüksək məsafədə insanların içməli olduğu su belə ödənişli idi. Şirkətin, check-in-i də ayrı həngamə idi. Təyyarənin təmizliyi və kabin heyəti (baxmayaraq ki, hostes və “host abi” fərqli-fərqli geyinmişdilər) isə olduqca yaxşı idi. Havada olarkən, nə hisslər keçirdin soruşacaqsınızsa, cavabım yatdım olacaq. Çünki, maraqlı gəlmədi. Birinci səyahətimdə, çox sevdiyim pəncərə yanı olsa belə.

Qəribə səslənsə də, bir şirkətin imicini həm də onun müştəriləri təyin edir: Pegasus-un müştəriləri normal insanlar idilər (həm mədəni, həm də səbrli). Qiymət məsələsində isə, “adamın üstündə Allahı olar”, çooooxxx yaxşıdır. Həm də, təyyarələrin uçuş vaxtında gecikmə olmadı. Eyni şəkildə, şirkət əməkdaşlarının baqaja verilən yükə qarşı sayğılı olduğunu gördüm. Baqaj açılmamışdı və təmiz formada Praqada təhvil verildi.

 

İkinci səyahətim, ən çox bəyəndiyim SAS (Skandinaviya Hava Yolları) ilə oldu… Həm qiyməti münasib, həm check-in mədəniyyəti yüksək (mehriban qarşılama və “pəncərə yanı istəyirsənmi?” sualı), həm təyyarəsi “saz” (içi-çölü, qalxışı-enişi), həm heyəti yaxşı (mehriban və səliqəli, lakin bunlar da fərqli geyinmişdilər). Bu şirkət isə, zəruri suyu pula satmırdı, bir stəkan suyu pulsuz paylayırdılar. Maraqlı bir fakt isə, kartdan ödəmə etdim, heç parol da yazdırmadılar (bunu bank işçilərinin izah etməsini arzu edərdim). İçimə bir balaca qurt düşdü. J Mən bu şirkəti çox bəyəndim!

 

Üçüncü səyahətim dönüşdə WizzAir ilə oldu… Amma, bu şirkətə heç bilet almayaydım. İlk olaraq, baqaja veriləcək yükə görə 30 dollara yaxın pul ödədim. Sonra isə, hava limanında “online check-in etdirmədiyim” üçün 320 SEK (təqribən 35 manat) cərimələndim. Açığı, ağlıma gəlməmişdi. Çünki, nə Pegasus, nə də SAS məndən belə bir check-in tələb etməmişdi. Ona görə də online check-in düşünmürdüm. Ancaq, sağ olsun WizzAir, öz müştərisini cəzalandırdı. J Yəni, Stokholm-Varşava səfərimi təqribən 200 dollara (digər reyslərdən çox baha) başa çatdıra bildim. (PS. AZAL da belə bir siyasət edir, deyəsən) Ancaq, şirkətdən narazılığım bununla bitmir. Şirkətin təyyarəsi olduqca çox sirkələndi. Hətta, təyyarə normal uçuş vəziyyətində ikən pilot kəmərlərinizi bağlayın dedi. J (turbulansın çox olması şanssızlığa bağlıdır deyəcəksiniz, amma şans daim çox çalışandan yana olur cavabını verəcəm. :P) Yəni, bildiyiniz quru yolu ilə hərəkət edirdim. Bundan başqa, Şirkət nə Stokholmda, nə də Varşavada birbaşa qapı ilə təmin olunmadı. Təyyarəyə minəndə, ayaqla, düşəndə isə avtobusla hərəkət etdik. Gəldik təyyarənin içərisinəəəə: İYLƏNİRDİ! Bildiyiniz ayaq yolu iyi var idi içəridə. L Amma, baqaja münasibət və kabin heyəti qənaətbəxş idi. Lakin, mən bu şirkət ilə gəldiyim üçün heyfsləndim, yəqin bir də minmək istəmərəm.

 

Vəəə son, UIA (Ukrayna Beynəlxalq Hava Yolları) şirkətinin iki təyyarəsi məni Polşa-Ukrayna-Kutaisi arası gəzdirdi… Əvvəlcə onu deyim ki, baqajıma Kiyevdə icazəsiz girilmişdi. İçərisindən heç bir şey əksik deyildi, ancaq valiz darmadağın idi. Kiyevə gedən Boeing-ı bəyənmədim (köhnə idi sanki), ancaq Embraer yaxşı təyyarə idi. Sirkələnmirdi və rahat uçuş həyata keçirdi. Bu təyyarədə də, pəncərə kənarı və ya başqa yerə dair sual ümumiyyətlə olmadı. Dahası var, Varşava-Kiyev reysində erməni sərnişin ilə yan-yana otuzdurdular. (PS. İrqçilik və ya qorxaqlıq etmirəm, sadəcə elementar bir diqqət tələb edən işdə məsuliyyətsizlik etdilər.) Sərnişindən söz düşmüşkən, bildiyiniz ibtidai insanlar var idi təyyarədə. Kiyev-Kutaisi reysində, təyyarə təkərini yerə qoyan kimi yanımdakı kök day-day zəng elədi ki, çatdım Kutaisiyə. (Cem Yılmaz dəqiq demişdi) Bu adam, təyyarə qalxan ərəfədə də, zəng edib danışırdı: rahat və yüksək səslə. Kabindən uyarı gəlmədi. Lakin, bu şirkətin bir müsbət xüsusiyyəti var idi, bir stəkan suyu hər iki təyyarədə, hər kəsə pulsuz verirdilər. Kabin heyəti səliqəli və mədəni idi. Yenə də düşünürəm ki, məcbur qalmadığınız müddətcə bu şirkətə müraciət etməyin. ;)

Bütün şirkətlərin ortaq bir xüsusiyyəti var idi: kataloq ilə alver gedirdi. Və bunu, kabin heyəti elan formasında səsləndirirdi.

Reyslərin ümumi dəyərləndirilməsini aşağıdakı cədvəldə qısaca baxa bilərsiniz.


Belə! Mən təcrübələrimi Sizinlə bölüşdüm. Ümid edirəm, faydalı və xoş oldu. Diqqətiniz üçün təşəkkürlər!

Müəllif: Gədir Davudov

Mənbə: https://gadirdavudov.wordpress.com