Azal xəritədə

Azal

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 11 AZ1000 *** 1 səs

Azal haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində “Azərbaycan Hava Yolları” Dövlət Konserninin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, “SW Airlines”-in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanı

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanından biridir. Əvvəllər o, Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq “Binə Beynəlxalq Hava Limanı” adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. “Azərbaycan Hava Yolları” milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.

Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar vardır. Plastik kartlarla ödənişlər qəbul olunur, və həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir.Heydər Əliyev Beynəlxalq Hava Liman beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilmişdir.

Uçuşların təhlükəsizliyi

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” aviaşirkətinin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. “Azərbaycan Hava Yolları” aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan “İCAO ” (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının 2010-cu ilin fevral ayında təqdim etdiyi audit nəticələri “Azərbaycan Hava Yolları” aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edir.

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın əsas məsələsi olan təhlükəsizlik auditini uğurla keçmişdir. Beləliklə, İOSA-nın (İATA təhlükəsizlik auditi) uçuşların keyfiyyət və təhlükəsizlik auditini keçməklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti İOSA Operatorları reyestrinə daxil edilmişdir və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tam hüquqlu üzvü olmuşdur. İndiki zamanda isə “Azərbaycan Hava Yolları” aviaşirkətinin rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, mədəniyyət və sərnişinlərə göstərilən xidmətin keyfiyyəti və aviaşirkətin dünya və aviasiya ictimaiyyətinin gözündəki ümumi imicinin təkmilləşdirilməsi üzrə son dərəcə dəqiq və gündəlik iş aparılır.