6 ay bundan qabaq mən öz bloqumu açmağa qərarına gəldim. Bloqun əsas mövzunu düşünmədən “marketinq”i seçdim. Bəs marketinq mənim üçün nədir? Bu suala cavab verməkdən qabaq mən marketinqə necə gəldiyimi sizə danışmaq istəyirəm
Mənim universitetdəki ixtisasım “Vergi işinin təşkili” idi. 3-cü kursa qədər mən həqiqətən bu sahədə çalışmağı planlaşdırırdım. Lakin, 3 kursun sonunda “praktikada” bu işini içindən görüb anladım ki, mən bu sistemdə heç vaxt işləyə bilmərəm. Və həyat elə gətirdi ki, həmin yay mən bir marketinq araşdırması şirkətinə könüllü olaraq təcrübə proqramına qoşuldum. Bu andan etibarən mənim həyatım 180° dəyişildi və özümü marketinq sahəsindən başqa heç yerdə özümü təsəvvür edə bilmirəm. Bu 2011 il idi.
İndi biz 2015 ilin sonuna yaxınlaşırıq, mən artıq Azərbaycanın ən populyar şirkətlərinin birində marketinq meneceri kimi çalışıram. Marketinq həyatımın ayrılmaz bir hissəsinə çevrildi. Bəs marketinq mənim üçün nədir?
Marketinq mənim üçün müştəri-şirkət arasında bir körpüdür. Bu körpünü daimi yaxşı vəziyyətdə saxlayan şirkət uğurlara nail olacaq. Marketinq həmçinin həm müştərini həm də şirkəti məmnun edə biləcək yeganə bir alətdir. İndiki dövrdə öz şirkətində marketinqi tətbiq etməyən şirkətlər iflasa uğrayır. Və biz bunun canlı şahidiyik. Yeri gəlmişkən, hətta xoşlamadığım Vergilər Nazirliyə də hərdən marketinqdən istifadə edir :)
Bu mövzu haqqında fikirləşərək mən bloqum üçün yeni bir rubrikanı fikirləşdim: Ekspertin rəyi. Ayda bir dəfə öz sahənin peşəkarlarına bir sual verəcəm və onlar buna öz fikirlərini yazacaqlar. Bu dəfə isə artıq başa düşdüyünüz kimi sual belə olub: Marketinq Sizin üçün nədir?
Yaxın 2 ildə ˝marketinq˝ sözünü tez-tez eşidəcəyik. Marketinq nədir sualı düz deyil. Sual vermək lazımdır ki, marketinq nə deyil ki? Mənim üçün şəxsən marketinq elmdən, sənətdən də əlavə həyat tərzidir. Hər gün günə marketinqlə başlayıb marketinqlə bitirmək və bu işi sevmək, izləmək zövq verir. İstənilən marketoloq üçün ardıcıllıq çox vacibdir. Bu olmasa o yarımçıq qalacaq. Marketinq gördüyün işdən də, o işi görəndən də həmişə ˝daha yaxşısını˝ və ardıcıl olaraq görmək istəyir.
Marketinqin mənim üçün tərifi belədir: Bazara daha ağılla çıxma vasitəsi. Şirkətin, məhsulun, şəxsin, brendin və s. daha ağıllı şəkildə, ölçülü-biçili şəkildə bazara çıxması. Marketinq mənim üçün həyat tərzidir. Hər günümüz marketinqdir. Həyatımda marketinqin rolu danılmazdır. Bu gün bir az nüfuzum varsa, sahib olduqlarımın (insanlıq, bilik, təcrübə, nailiyyətlər və s.) marketinqi nəticəsində əldə olunub. Arada deyirlər ki, ölkədə marketinqin maarifləndirilməsində mənim də azca rolum və iştirakım var. Bu, məni çox sevindirir. Ruhlandırır, motivasiya edir.
İnsanların birlikdə yaşadığı mühit və ya mühitlər toplusu sosiumdir. Marketinq yalnız sosiumin mövcud olduğu halda ortaya çıxan elmdir. Sosiumda səhiyyə, siyasət, iqtisadiyyat, təhsil və s kimi müxtəlif sahələr yer almaqdadır. Marketinq isə sosiumda mövcud olan həmin müxtəlif sahələrin inkişafı, dolayısı ilə sosiumin-insanların həyat tərzinin inkişafına xidmət edən elm sahəsidir.
Marketinq insanları ilhamlandırmaq, onları məqsədyönlü şəkildə idarəetməkdir. Qisacası, mənim üçün marketinq müştəri zehninin psixoloji olaraq idarəedilməsidir.
Marketinq – hədəf auditoriyasının diqqətini çəkmək və onu nəyəsə həvəsləndirmək sənətidir.
Marketing nədir? Gülüş nədir, sevinc nədir, istirahət nədir, işləmək nədir, yaratmaq nədir, qüssə nədir, mübarizə nədir…Bütün bunlar hamısı birlikdə həyatdır. Marketinq də həyatdır! Çünki onsuz həyatı təsəvvur etmək çətindir. Öncə deyim ki, son 21 il ərzində mənim – comfort zonasını çoxdan tərk edən orta stasistik bir insanın- halal çörək ağacıdır.
İkincisi, konkret hədəflərə çatmağa can atan və kiçik də olsa, nətəcəli sonluqlar əldə edən bir insanın hörmət bəslədiyi, münbit yerdə bol məhsulun qarantı olan, nə qədər öyrənsən də daha çox öyrənmək magiyası olan bir fəaliyyət sahəsidir.
Üçüncüsü, bu, elmdir, sistemli təlimdir, mənimsənilməsi uzun illər tələb edın və təcrübə ilə səmərə vern bir BAZARLIQ elmidir, məncə, bir bazarşünasliq nəzəriyyəsidir.
Dördüncüsü, ən böyük ad-san sahiblərinin – “marketinq mən deyəndir” söyləyənlərin iddialarını qisa bir zamanda arxivə gondərəcək dinamik inkişaf enerjisinə sahib, ehkamçılıqdan uzaq olan, mütəhərrik və çevik çoxyaşar təlimdir.
Beşincisi, usandırıcı nəzəri sayıqlamalardan uzaq olan, həvəsləndirici, komanda ruhlu, liderə ehtiyac duyan, hər an yenilənən, texnologiyay tam açıq olan kreativ təbiətli və qoyulan enerji müqabilində verimli faəliyyət yönümüdür.
Altıncısı, 2000-dən çox tərifə sahib, hər kəsə onun istədiyi kimi anlaya bilmək imkanı verən və anlayana fayda gətirən həyati bir təlimdir ki, mahiyyəti baxımdan da İpək yolu boyu məskunlaşan ata-babalarımızın USTAD siniflərinin unudulduğu sahədir (Bir qocadan uşaqlıqda eşidiyim tövsiyədə deyilirdi ki, nə qədər mümkündürsə baha sat, nə qədər mümkündürsə ucüz al, çünki alış-verişin hər iki tərəfi belə düşünür. Çünki, həyat nəyinsə mübadiləsi, alış-satışı və təkrar alış-satışıdır. Həyatda hər şeydən zövq al. Hala alış-verişdən də.).
Yeddincisi, mənim ruhuma və həyat təcrübəmə daha uyğun bazarlama tərifi-öz sözlərimlə desəm-daim artan və yenilənən müştəri ehtiyaclarını (müştərinin bunu bilib-bilməməsindən asılı olmayaraq) doğru qarşılayan, mövcud bazarın təkrar bölünməsinin canavar principlərinə deyil, daim bazar payının bütün iştirakçılar üçün artırılmasına xidmət edən bir elmi-praktiki fəaliyyət növüdür.
Səkkizincisi, müasir marketinq istehsal bazasını etibarlı zəmində formalaşdıran və son tarixi kəsimdə ciddi inkişaf edən Qərb standartlarını kor-koranə nəzəri yamsılamaqla lokal çoğrafi məkanlara daşımağı sevmir və hamı tərəfindən qəbul olunan müasir marketinq prinsipləri yalnız yerli adaptasiya filtrindən keçməklə işlək orqanizmə çevrilə bilir.
Doqquzuncusu, marketinq elmi – praktiki fəaliyyət sahəsi kimi ilkin olaraq nəzəriyyəçiliyin sonun doğru gəlir. İndi iş yerində marketinq, marketinq ximətinin firmanın bəzək elementindən daha çox, ən məsul strukturuna çevrilməsi mərhələsi başlanır, əmin olun, «dormovoy qazanma” erasının sonu gəlir. İndi duşuncə önəmlidir, bu gün hay-haray zamanı deyil, kim ki, marketinqin tarixi missiyasını düzgün dəyərlədirəcəksə, öndə olacaq. Biznesin onurğa sümüyünün həyat enerjisi də ÖNDƏ OLMAQDAN qaynaqlanır.
Aleksandr Məhərrəmov, Бизнес Диалог
Для меня Маркетинг, в первую очередь, это не продвижение… И не продажа… Это процесс Творения!! Создание такого Продукта, который мог бы продавать себя сам (привлекать своих горячих сторонников, фанатов и т.д.)! Именно это самый важный элемент Маркетинга XXI века. В моем понимании лицо ответственное за маркетинг в компании – должность (роль или призвание!) невероятно значимая! Потому как маркетинг присутствует во всех бизнес-процессах: маркетинг продукта, маркетинг сотрудников, маркетинг партнеров и инвесторов, внутренний маркетинг и т.д. Для предпринимателя хороший (отличный, а лучше выдающий!) маркетер – это ТА САМАЯ «вторая голова», с которой ему всегда будет лучше.
Marketinq mənim üçün sistemli strategiyadır, əməli addımlardır, o addımlar ki, şirkətin pis günündə də, yaxşı günündə də, ona lokomotiv ola bilir. Marketinq və strategiya ayrılmazdır, biz onun effektini yalnız bu təqdirdə davamlı olaraq görə bilərik. Qısamüddətli uğurlarla kifayətlənmək, onlara arxalanmaq olmaz. Strateji düşünmə hər insan üçün olmadığı kimi, marketinq də çox nadir insanların başa düşə biləcəyi bir məfhumdur.
Bu marketinq sahəsinin ekspetrlərin marketinq barədə fikirləri idi. Əziz oxucu, bəs Sənin üçün marketinq nədir? Onu şərhlərdə yazmağı unutmayın
P.S. bu yazının əsas şəklini hazırlayan BrandUp Digital Agency-yə öz minnətdarlığımı bildirirəm!
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com