Brandup Digital Agency xəritədə

Brandup Digital Agency

Bakı, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26/5 AZ1000 *** 2 səs

Brandup Digital Agency haqqında

Brandup Digital Agency rəqəmsal və onlayn marketinq üzrə kompleks xidmətlər göstərir. Böyük təcrübə, ixtisaslaşdırılmış mütəxəssislər, bazarın qabaqcıl texnologiyalarından istifadə və eksklüziv tətbiqetmələr bizə öz müştərimizə ən yüksək səviyyədə xidmət göstərməyimizə şərait yaradır.

  • Sosial media kanallarının idarə olunması
  • SEO (Search Engine Optimization)
  • Kontentin idarə olunması
  • Strategiya
  • Marketinq üzrə konsultasiya.
  • Dizayn
  • Brendinq
  • Vebsaytın yaradılması
  • İnternetdə reklam

Rəqəmsal və onlayn marketinq

Brandup komandası rəqəmsal marketinqin bütün istiqamətlərini əhatə edən xidmətləri yüksək peşəkarlıq və kreativ yanaşma ilə təqdim edir. Böyük təcrübə, rəqəmsal marketinq üzrə ixtisaslaşmış mütəxəssislər, sektordakı ən qabaqcıl və modern texnologiyalardan istifadə bizə imkan verir ki, müştərilərimizə öz bizneslərini inkişaf etdirmək üçün bütün lazımi xidmətləri yüksək səviyyədə göstərək. Biz müştərilərimizə təklif edirik:

  • Ümumi fondan seçilən ideyalar;
  • Media və müasir texnologiyaların ən son imkanlarını özündə birləşdirən marketinq həlləri;
  • Üzərimizə götürdüyümüz tapşırığa müvafiq olaraq maksimal effektiv nəticə;

Biz istənilən rəqəmsal marketinq məsələsini qısa zamanda, yüksək keyfiyyətlə və cibinizə uyğun büdcə qarşılığında həll etməyə hazırıq. Kreativ komanda və fikir mübadiləsi şəraitində birgə yaradıcılıq hər bir müştərimizə individual yanaşma, tam fərqli həllər və biznesdə yeni zirvələrin fəthini təmin edir. Biz biznesimizi emosiya və təəssüratlar üzərində qurmuşuq, çünki bugün marketinqin hansı sahəsi olmasından asılı olmayaraq onun başlıca nəzər nöqtəsi insanların psixologiyası, o cümlədən, emosiyaları və təəssüratlarıdır. Emosiyalar dedikdə, BRENDə aid məhsulu almağı və ya onun xidmətlərindən yararlanmağı, onunla bağlı fikrlərini digərləri ilə paylaşmağı, bir sözlə onu özününkiləşdirməyi, nəzərdə tuturuq. Biz bilirik ki, Sizin hədəf kütlənizə necə çatmaq və onlarda necə maraq oyatmaq olar. Yaratdığımız unikal, özünəməxsus həllər BRENDinizi cəlbedici etməklə müştərilərin qazanılmasına təminat verir, həmçinin, köhnə müştərilərinizin əldə saxlanılması üçün optimal şərait yaradır.