İnternetdən, ya da avadanlıqla birlikdə əldə etdiyiniz, İngilis dilində yazılmış, elektron formatda tərtib olunmuş müxtəlif soraq və məlumat kitabçaları, əlbəttə ki, həmişə sərəncamınızdadır. Amma FreeBSD istifadəçisinin əli altında mütləq bir-iki adi “kağız” kitab da olmalıdır. Yaxşı kitab sizi bir çox çətin vəziyyətdən çıxmaqda kömək edə bilər. Xüsusilə, əgər bu, istifadəçi təlimatlarının sadə tərcüməsi yox, ana dilinizdə yazılan sanballı kitabdırsa.
ATL INFO TECH İT-departamentinin başçısı Camal Şahverdiyevin qələmindən «FreeBSD — Praktik Həllər» kitabı sadəcə yeni FreeBSD istifadəçilərinə deyil, eləcə də peşəkarlara da çox faydalı olacaq. Kitabda müəllif addım-addım, bütün təfərrüatları ilə FreeBSD əməliyyat sisteminin tənzimləmə incəliklərindən danışır, firewall imkanlarını dərindən şərh edir, şəbəkə və əməliyyat sistemi ilə bağlı gündəlik xarakterli problemlərin həlletmə yollarını öyrədir.
Rəngli çaplı, 624 səhifəlik «FreeBSD — Praktik Həllər» kitabının tirajı 500 ədəddir. Kitabda aşağıdakı mövzular işıqlandırılıb:
Kitabı əldə etmək üçün sifarişinizi opensource.az saytında yerləşdirin, ya da request@opensource.az ünvanına göndərin. Belə halda, kitabı 45 manata əldə edə bilərsiniz. Qeyd edək ki bu, müəllifin çapdan çıxmış ilk kitabıdır. Yaxın vaxt ərzində OpenSource mövzusuna həsr olunmuş onlarla yeni kitabın çapa verilməsi gözlənilir.
Tədricən Azərbaycan dilində çıxan nəşrlərin formalaşmaqda olan İT-kitabxanasına gəlincə, artıq bu, təkrar nəşri 2014-cü ilin oktyabrında çıxan «PL/SQL peşəkərlığa gedən yol» kitabından sonra diqqətinizə layiq olan ikinci kitab sayıla bilər.
Mənbə: http://www.infocity.az