Azərbaycanın inkişaf tempi və özəl sektor üçün yaradılan şərait sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni xidmət və məhsulların istehlakçılara təqdim edilməsinə imkan verir. Son illərdə respublikamızın iqtisadi göstəriciləri və beynəlxalq uğurları bunu bir daha sübut edir. 2012-ci ildə təsis edilmiş ATL Group MMC-nin tərkibinə müxtəlif biznes sektorlarını əhatə edən şirkətlər daxildir. ATL Group geniş fəaliyyət istiqamətlərinə malikdir və Azərbaycanda informasiya texnologiyaları, biznes konsultasiyası və audit xidmətləri, elektrik məhsullarının satışı, avtomobil kirayəsi, tikinti, logistika və s. sahələrdə uğurla təmsil olunmaqdadır. Müxtəlif fəaliyyət istiqamətlərini özündə birləşdirən ATL Group innovativ idarəetmə metodlarından istifadə etməklə, biznes aləmində qabaqcıl standartlara uyğun addımlar atmağa davam edir.
Təmsil olunduğumuz sahələrdə başlıca məqsədimiz şirkətlər qrupunun sahib olduğu müasir idarəçilik prinsipləri, keyfiyyət təminatı, müştəri məmnuniyyəti və sosial məsuliyyət layihələri ilə uğurlu fəaliyyət göstərmək və uzunmüddətli inkişafa nail olmaqdır.