Fikir vermişəm

Fikir vermişəm
597

Əziz dostlar hər bir marketoloqun sahib olması vacib olduğu əsas xüsusiyyətlərdən biridə əlbəttə, müşahidə qabiliyyətidir. Marketoloq güclü analitik qabiliyyətləri malik olmalıdır, istənilən analitika isə əlbəttə, müşahidələrdən başlayır. Əgər vaxtınız varsa, son vaxtlar müşahidə etdiklərim bəzi məsələləri Sizinlə bölüşmək istəyirəm.

Beləliklə əziz oxucu – #FikirVermishem məntiqi ilə düşündüklərimi Sizinlə bölüşürəm.

  • #FikirVermishem insanlar danışdıqları zaman çox asan (cəld), etdikləri zaman isə çox ləng olurlar. Hətta Sizə deyim ki, çox danışmaqla, icra etmək arasında eləbil əsk-mütanasiblik var.
  • #FikirVermishem Sahibkarı menecerdən fərqləndirən birinci və ən əsası xüsusiyyət risk etmə qabiliyyətidir. Başqa sözlə desək, əslində menecerin bilik və qabiliyyəti ona mane olur. Çünki risk etmək üçün biliklərin maksimum az olmalıdır.
  • #FikirVermishem çoxlu pul qazanan insanlar, həyatları boyunca böyük riskləri gediblər. Biznesdə risk dərəcəsi nə qədər çoxdursa, mənfəət faizi artıq, müflisləşmə ehtimalı isə yüksəkdir.
  • #FikirVermishem ağıllı sahibkar mütləq və mütləq öz biznes fokusunu yalnız bir sahənin üzərində cəmləyir. Qoyduğu investitsiyanı isə apardığı əsas bizneslə paralel digər bir istiqamətə yönəldir (əmlaka məsələn).
  • #FikirVermishem bizdə neqativ düşünən adamların sayı, pozitivlərdən daha çoxdur. Bu bizim ölkə, millət olaraq inkişafımızı zəiflədir. Bizi kimlərinsə əlinə baxmağı öyrədir.
  • #FikirVermishem Azərbaycan Ali məktəblərində tələbələrin özgüvənləri çox aşağı düşüb. Bunu mütləq əksinə çevirmək lazımdır. Bəlkədə ali məktəblərdə motivasiya verici fənlər olmalıdır.
  • #FikirVermishem böhran Azərbaycanda hal-hazırda daha çox psixoloji xarakter daşıyır (hal-hazırda). Ölkədə çoxlu “goy görək necə olacaq…” məntiqində gözləyən adamlar var. İkinci devalvasiya dalğası gələndə necə olacaq!?
  • #FikirVermishem bizdə özümüzü kütləvi tədbirlərdə, adam çox olan yerlərdə yaxşı apara bilmirik. Nəyisə dağıtmaq, qaydaları pozmaq elə bilirik yaxşı şeydir. Bu bizi zəiflədir.
  • #FikirVermishem biz gündən-günə daha çox başqaları üçün yaşamağa başlayırıq. Evə qonaq gəlir, ən yaxşısı qonaq üçün, toya gedirik, yas edirik… buda göstəriş üçün. Həyatımız maskada keçir!?

Əziz oxucu, eyni başlıqla yadıma düşdükcə Twitter-də Sizinlə paylaşacam. Hələlik bu qədər, hə!?

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com