Dünyanın 10 ən bahalı göydələni

Dünyanın 10 ən bahalı göydələni
5598

Planetdə ən bahalı göydələnlər reytinqinin lideri onların ən yüksək olanı deyil.
“Emporis” daşınmaz əmlakının beynəlxalq məlumat bazası ən bahalı göydələnlərin reytinqini müəyyən edib. Bu reytinqdə tikilmiş göydələnlər ilə yanaşı tikilmə mərhələsində olan göydələnlər də qiymətləndirilib. Top – 10 ən bahalı göydələnlər siyahısına 9/11 terror aktından 13 il sonra, 3 noyabr 2014 – cü ildə açılmış Nyu-York Dünya ticarət mərkəzinin 1WTC binası başçılıq edir. “Emporis”in qiymətləndirilməsinə görə, binaya 3 mlr. dollar xərclənmişdir. Dünyada ən hündür göydələn – Dubay Burj Khalifa (828 m) – 1,5 mlr. dollara tikilmişdir.

10. Chifley Tower
Dəyəri: $1,000,000,000
Yerləşdiyi şəhər: Sidney (Avstraliya)
Hündürlüyü: 244 metr
Mərtəbə sayı: 50
Tikildiyi il: 1992

Bu göydələn Avstraliyanın ən nüfuzlu ofis və ticarət kompleksidir. Qüllə Sidneyin ən hündür yerlərindən birində inşa olunub. Konstruksiyaya güclü küləyin təsirinin qarşısını almaq üçün binaya 400 ton çəkidə polad çarx quraşdırılmışdır.

9. Bank of America Tower
Dəyəri: $1,000,000,000
Yerləşdiyi şəhər: Nyu - York (ABŞ)
Hündürlüyü: 365 metr
Mərtəbə sayı: 58
Tikildiyi il: 2009

Amerika Bankı göydələnin emal olunmuş materialların istifadəsi ilə tikilməsinə təkid edirdi. Gələcəkdə də onları utilizasiya etmək mümkün olacaq. Misal üçün, bina tikintisində emal olunmuş şlaklı betondan istifadə olunub.

8. Elbphilharmonie
Dəyəri: $1,027,510,000
Yerləşdiyi şəhər: Hamburq (Almaniya)
Hündürlüyü: 110 metr
Mərtəbə sayı: 25
Tikiləcəyi il: 2016

Göydələnin tikintisinin 2016 – cı ildə bitəcəyi planlaşdırılır. Binanın ilk mərtəbələri memarlıq abidəsi olan köhnə anbar binasının divarları əsasında qurulacaq.

7. CapitaGreen
Dəyəri: $1,400,000,000
Yerləşdiyi şəhər: Sinqapur
Hündürlüyü: 242 metr
Mərtəbə sayı: 40
Tikiləcəyi il: 2014-cü ilin sonu

Binanın 2014-cü ilin sonuna hazır olması nəzərdə tutulmağına baxmayaraq o, hələ də hazır deyil. Ofis qülləsinin üstündə meşə salınacaq. Layihənin yaradıcılarının vədlərinə görə meşənin qoxusu havalandırma sisteminə daxil olacaq və bütün daxili ərazilərə yayılacaq.

6. Sheraton Huzhou Hot Spring Resort
Dəyəri: $1,500,000,000
Yerləşdiyi şəhər: Хuçjou (Çin)
Hündürlüyü: 102 metr
Mərtəbə sayı: 163
Tikildiyi il: 2013

Halqa formasında olan bu otel gecələr 19 min işıq diod fonarları ilə işıqlandırılır və memarların fikrinə görə göl üzərindən qalxan parlaq ay kimi görünməlidir.

5. Burj Khalifa
Dəyəri: $1,500,000,000
Yerləşdiyi şəhər: Dubay (BƏƏ)
Hündürlüyü: 828 metr
Mərtəbə sayı: 163
Tikildiyi il: 2013

Planetin ən hündür binasında ofislər, otel və apartamentlər yerləşdirilir. Binanın tikintisi zamanı 330 min kub metr betondan və 31.4 min ton armaturdan istifadə olunub. Səviyyədən səviyyəyə yüksəldikcə onun sahə kəsiyi azalır. Qüllənin yuxarı hissəsi 180 metr uzunluqda və 4 min ton çəkidə polad şpil ilə tamamlanmışdır.

4. Taipei 101
Dəyəri: $1,760,000,000
Yerləşdiyi şəhər: Taybey (Çin)
Hündürlüyü: 509 metr
Mərtəbə sayı: 101
Tikildiyi il: 2004

Binanın dizaynı ənənəvi çin memarlıq üslubunda hazırlanıb, göydələn paqodanı xatırladır. Burada dünyada ən hündür açıq müşahidə ərazisi (91 – ci mərtəbə səviyyəsində) yerləşib. Qüllənin tikintisi zamanı fen – şuy üzrə məhşur mütəxəssislərdən məsləhətlər alınmışdır.

3. The Palazzo (The Venetian Resort Hotel & Casino)
Dəyəri: $1,900,000,000
Yerləşdiyi şəhər: Las - Veqas (ABŞ)
Hündürlüyü: 196 metr
Mərtəbə sayı: 53
Tikildiyi il: 2007

Las – Veqasın ən bahalı binasıdır. Oteldə kazino, ticarət mərkəzi, teatr və opera yerləşdirilib.

2. The Shard
Dəyəri: $1,900,000,000
Yerləşdiyi şəhər: London (Böyük Britaniya)
Hündürlüyü: 306 metr
Mərtəbə sayı: 73
Tikildiyi il: 2013

Göydələndə ofislər, otellər və apartamentlər yerləşdirilib. Qüllənin forması və proporsiyalası şəhərdə kilsə şpilləri və əvvəllər Temza boyunca hərəkət edən gəmi dirəklərini xatırladır. Bu binada olan mənzillər 192 – 224 metr hündürlüyündə yerləşir.

1. New World Trade Center (1WTC)
Dəyəri: $3,900,000,000
Yerləşdiyi şəhər: Nyu - York (ABŞ)
Hündürlyü: 541 metr
Mərtəbə sayı: 104
Tikildiyi il: 2014

Dünyada ən bahalı göydələn 11 sentyabr 2001 – ci ildə baş verən terror aktı nəticəsində dağılan əkizlər qülləsinin yerində tikilən göydələndir.