Təlimçi: İlqar Mirzə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində icra olunan “Cızma-Qara” layihəsinin ilk təlimi 18 avqust tarixində keçirildi.
Təlimin ilk günü bir az gecikirdim. 24 nömrəli avtobusla təlimin keçirələcəyi yerə, BLBS-ə gedirdim. Birdən avtobusa qaça-qaça daxil olan tanış sima gördüm, əlində kitab var idi. Sən demə bu bizim təlimçi İlqar Mirzə imiş. Avtobusdan düşən kimi yaxınlaşıb salamlaşdım və təlimə getdiyimi söylədim. O da mənim kimi təlimin dəqiq ünvanını bilmirdi və səkidə iki xanımın (Türkan Quliyeva və Nərgiz) da təlimi getdiyini qeyd etdi. Biz birləşib təlimin keçirildiyi yerə doğru irəliləməyə başladıq. Telefonla zəng edə-edə və böyük dairə vuraraq nəhayət gəldik çıxdıq BLBS-ə. Sakit bir təlim otağında artıq iştirakçılar yığılmışdı.
İlqar Mirzə təlimə başlamamışdan əvvəl iştirakçılardan özünü təqdim etməyi təklifini verdi. Bütün iştirakçılar maraqlı və yadda qalan olsun deyə öz adlarını və həmin hərflə başlayan bir sifət deməli idilər: Məs., Turbo Tural, Romantik Rüfət, Nazlı Nəsrin, Zəhmli Zeynal, Məzəli Məhəmməd, Gülərüz Gülcahan, İgid İlqar və s. Daha sonra isə kiçik enercayzer təşkil edildi ki, iştirakçıların yuxusu qaçsın. Hamı bir nəfəri göstərib ucadan onun adını və ona qoşulan sifəri ucadan deyirdi. Ardınca birlikdə təlimin qaydalırını tərtib etməyə başladıq (hardan biləydik ki, sonra qaydaları sayan olmayacaq :p).
Qaydalarımız bunlar idi:
Qaydaları pozanlara əcaib iki cəza təklif etdi təlimçimiz: 5-15 dəqiqə arasında gecikənlər stulun üstünə çıxıb, bir ayağını havada saxlamalı və şeir deməlidir. 15 dəqiqədən artıq gecikənlərə isə yenə stulun üstünə çıxıb ayağını havada saxlamaq tələb edilirdi, lakin bu dəfə hər iştirakçı cəzalanana sadə riyazi misal deməlidir. Əgər tapşırıq bitənə kimi, cəzalanan ayağına yerə qoysa, onda tapşırığı yenidən yerinə yetirməli idi.
Təlim nəzəri hissə ilə davam etdirildi. İlqar Mirzə bloqun tarixi, yaranmasından qısaca da olsa məlumat verdi. Fasiləyə ayrılanda isə 15 dəqiqə vaxt verdi, amma daha sonra məlum oldu ki, düz bir saata yaxın çəkdi fasiləmiz. Təşkilatçıların hər fasilədə iştirakçılara qayğı ilə yanaşdığı hiss edilirdi: birinci fasilədə kekslər və isti su verilirdi ki, istəyən zövqə görə çay və yaxud qəhvə seçsin. Nahar fasiləsində isə meyvə şirələri və buterbrodlar (pendir və kolbasa ilə) hazırlanıb iştirakçılara verilirdi.
Fasilədən güc-bəla ilə qayıdan iştirakçılara təlimçimiz İlqar Mirzə tapşırıq verdi: 4 qrupa bölünmək və hər qrup yazmaq istədiyi bloqun mövzusunu, adını və domeni seçməli idi, bundan əlavə bloqda yazılacaq ən maraqlı 5 postun başlığını fikirləşməli idi. Ümumilikdə bloq iştirakçıları tapşırığın öhdəsindən gələ bildilər. Mənim qrupumda Cavidan, dermatoloq Fərhad və şirin Şəms var idi. Bloqumuzu sağlamlıq mövzusu haqqında yazmağa qərar verdik, “Medlife” adlı bloq və Medlife.com domenli sayt açmağı düşündük.
Yazıların başlıqlarından üçünü nümunə kimi verirəm:
Təlimin birinci gününün sonunda İlqar Mirzə iştirakçılara ev tapşırığı verdi. İstənilən bir mövzunu seçib və onu bu başlıqlarda istifadə etmək:
Amma bir qayda yaddan çıxdı ki, ev tapşırığını etməyənlərə hansı cəza tətbiq ediləcək. Ona görə növbəti təlim günündə maraqlı hadisələrlə rastlaşdıq. Amma bu artıq növbəti yazının mövzusudur. Sizlərə hələlik deyirəm, gələn görüşlərədək!
Müəllif: Tural Turan