Azərbaycan Gənclər Fondu xəritədə

Azərbaycan Gənclər Fondu

Bakı, Səbail rayonu, Bül-Bül prospekti, 7B AZ1000 *** 1 səs

Azərbaycan Gənclər Fondu haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır.Fond daha öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərmişdir.

Gənclər Fondunun məqsəd və vəzifələri

  • Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi;
  • Gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanmasında və həyata keçirilməsi;
  • Yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi;
  • Gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığının dəstəklənməsi.

Fondun idarə edilməsi

Fondun fəaliyyətinə Fondun icraçı direktoru rəhbərlik edir. Fondun icraçı direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Fondun işçilərinin say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini, Fondun icraçı direktorunu və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirir. Şura, beş üzvü müvafiq dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edən doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir. Şuranın beş üzvünü aşağıdakı dövlət orqanları (hər dövlət orqanından bir nəfər olmaqla) təqdim edirlər:

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi;
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi;
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi.
  • Şuranın gənclər təşkilatlarını təmsil edən dörd üzvü həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından təyin edilir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.