Müasir dövrdə inkişaf etməkdə olan biznes sferalarından biri və menecmentin ayrılmaz hissələrindən biri də biznes məsləhətçilik və ya biznes konsultantlıqdır. Biznes konsultantlar şirkətlərin daha tez effektiv və sürətlə inkişaf etməsi üçün yararlı məsləhətlər edir. Bu professionallar şirkətlərin məqsədlərinə çatmaları üçün biznes analizlər aparır, yeni təkliflər paketləri hazırlayırlar. Sahibkarlar öz bizneslərinə kömək lazım olanda və ya seçdikləri yolda bizneslərinin istiqamətini dəyişdirmək üçün burada katalizator rolunu oynayan biznes məsləhətçiləri kirayələyirlər.
Bəs konsultantlar nə etməlidirlər?
İndi sizə sahibkarların niyə konsultant kirayələdiklərinin bir neçə səbəbini izah edəcəyik:
- Spesifik bazarda ekspertiza;
- Problemlərin müəyyənləşdirilməsi;
- Mövcud işçi heyətinə əlavələrin edilməsi;
- Obyektivliyin təmin edilməsi;
- İşçilərə təlimlərin keçirilməsi;
- Təşkilatı canlandırmaq;
- Yeni biznes sahələri yaratmaq;
- Lobbiçiliklə digər insanlara təsir etmək.
İlk addımda konsultantlar öz sifarişçilərinin məqsədlərini öyrənmək üçün yeni fazalar, yəni dövr cızırlar. Yaxşı biznes konsultantlar ilk öncə öz vaxtının əsas hissəsini sahibkar və işçiləri öyrənməyə ayırır. Bu zaman konsultant direktorlar və işçi heyətilə görüşür, kompaniya haqqında məlumatlar toplayır, maliyyə vəziyyətini analiz edir və vəziyyətin hansı yerdə olduğunu müəyyən edir. Daha sonra o ikinci mərhələyə keçir, hansı ki, o burada harda dəyişikliklərə ehtiyac olduğunu müəyyən edir. Həmçinin kompaniyanın güclü və zəif tərəflərini, cari və ya praqnozlaşdırılan problemlərini müəyyən edir. Burda artıq sahibkar tərəfindən müəyyən edilən və ya konsultant tərəfindən yenicə aşkar edilmiş problemlər də ola bilər. Biznes məsləhətçisi həmçinin biznesin inkişafı üçün, mənfəətin və səmərəliliyin artırılması məqsədilə lazım olan imkanları müəyyən etməlidir.
Əlavə olaraq bu imkanları və problemləri müəyyən edərkən paralel olaraq konsultant həm də problemlərin həllini və səmərəli təkliflər planı hazırlamalıdır. Belə ki, məsləhətçi sahibkarın planlarını və düşüncələrini bilməlidir və ona bu planlara qarşı kostruktiv tənqid üçün hazırlamalıdır.
Bütün planlar sahibkarla razılaşdırıldıqdan sonra 3 cü mərhələyə, yəni icra mərhələsinə keçilir. O, bu mərhələdə işini aktivlərin üzərində qurur, passivləri yüksəldir, eləcə də bir müddət sonra həyata keçirdiyi irəliləyişlərinin monitorinqini aparır və düzəlişlərini edir.
Amma bütün bunlardan ən vacibi düzgün konsultantın müəyyənləşdirilməsidir. O, işinə düşkün, mükəmməlliyə doğru aparan bir sürücü, həmçinin şirkətin gözü olmalıdır. Düzgün məsləhətçinin müəyyən edilməsində digər mühüm addım odur ki, sahibkar öz şirkətinin profilinə uyğun və ya üzləşdiyi problemlərdə uzman olan birisi olmalıdır.
Bir çox insan özünə biznes konsultant deyə bilər, lakin yaxşi məsləhətçi olmaq üçün bu heç də belə deyil. Əgər professional məsləhətçi kirayələmək istəyirsənsə onun sənin biznes sahənə aid olan sertifikatlarını, hətta məsləhətçinin vebsaytını və materiallarını da nəzərdən keçirməlisən. Onun vebsaytına baxarkən oradakı şəkillərin professionallığına və icra etdikləri işlərə aid yerləşdirdikləri informasiyalara diqqət etməlisən.
Biznes konsultant tutmaq heç də ucuz başa gəlmir. Lakin onların həyata keçirdikləri planların sənin biznesinə təsirini və mənfəətindəki sıçrayışları tezliklə görə bilərsən, həmçinin biznes konsultant şirkətin gələcək uğurlarını təmin edir və imkanları müəyyən edir.