Azərbaycanın ən böyük gənclər klubu olan “IB Club” Gənclərin İnkişaf Mərkəzi rebrendinqdən sonra yeni korporativ imici və yeni layihə və istiqamətlərin təqdimatını yeni ofisində təqdim etdi. IB Club mərasimi “NewFace” adlandıraraq yeni konsepsiyalarını qonaqlarına təqdim etdi.
2010-cu ildən fəaliyyət göstərən IB Club Gənclərin İnkişaf Mərkəzi ölkədə bu formatda işə başlayan ilk gənclər mərkəzi olmuşdur. Hal-hazırda 10 000-dən çox gənci ətrafında birləşdirməklə IB Club Azərbaycanın ən böyük gənclər klubudur. Mərkəzin əsas missiyası “Öyrən, Əylən, Yaşa” devizi ilə gəncləri həvəsləndirib inkişaf elətdirməkdir.
Yeni ofisin açılışı ənənəvi olaraq qırmızı lentin kəsilməsi ilə başlayıb. Mərkəzin İcraçı Direktoru Kəmaləddin Nəzərli tərəfindən qazanılan uğurlar və nailiyyətlər barədə qeyd olunub və yeni loqo və yeni korporativ imic tədbir iştirakçılarına təqdim olunub.
“İB Club”u əlamətdar gün ilə təbrik etmək üçün açılışda Gənclər İdman Nazirliyinin rəsmi nümayəndələri, Neftçi PFK-nın rəsmi şəxsləri, məşhur marketinq-konsultantları, Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyin üzvləri və digər qonaqlar iştirak edib, IB Club-la bağlı xoş təəssüratlarını paylaşıblar.
Həmçinin tədbirdə 1 ay öncə IB Club-un 10 000-ci üzvü olan gəncə fəxri kart və əlavə üstünlüklər təqdim olunub.
IB Club Gənclərin İnkişaf Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzu edirik və oxuyucularımıza mərkəzin yeni loqosu və ofis açılışının şəkillərini təqdim edirik.