Neftçi PFK xəritədə

Neftçi PFK

Bakı, Xətai rayonu, Nobel prospekti, 64 AZ1000 *** 1 səs

Neftçi PFK haqqında

"Neftçi" Peşəkar Futbol Klubu

Böyük və şərəfli futbol tarixinə malik “Neftçi” futbol klubunun davamçıları kimi Azərbaycanda və onun hüdudlarından kənarda Azərbaycan futbolunu yüksək oyun nəticələri və idmançı mədəniyyəti ilə tərənnüm etmək. Azərbaycan Respublikasında futbolun inkişafına, kütləviləşməsinə yönəlmiş proqramların işlənib hazırlanmasında və onun realizəsində iştirak etmək. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təşkil etdiyi futbol yarışlarında, yoldaşlıq görüşlərində Azərbaycan futbolunu (həmçinin mini-futbolunu) layiqincə təmsil etmək. Milli yığma komandası heyətinə və xarici futbol klublarının maraqlarına cavab verən peşəkar futbolçular yetişdirmək. Uşaq-gənclər futbol məktəblərini yaratmaq, peşəkar və həvəskar futbol komandaları üçün ehtiyat futbolçuları hazırlamaq. Yeniyetmə və gənclərdən ibarət peşəkar və həvəskar futbol klublarını təşkil etmək. Uşaq, yeniyetmə, gənclər və yaşlılar futbol komandaları arasında futbolçuların transferi (o cümlədən beynəlxalq trasfer) ilə məşğul olmaq. Futrbol üzrə kommersiya yarışlarını təşkil etmək. Futbol həvəskarlarının futbol üzrə olimpiya oyunlarına, dünya və avropa çempionatlarına, eləcədə digər idman turnirlərinə səfərlərini təşkil edir. Futbolu populyarlaşdırmaq məqsədi ilə əcnəbi futbolçular da daxil olmaqla görkəmli futbol ustaları ilə görüşlərin keçirilməsini təşkil etmək. Futbol (həmçinin, mini-futbol) problemlərinə dair konfranslar, seminarlar, simpoziumlar keçirmək.