Azərbaycanda 2015 ildə 10 Marketinq Trendi

2015 il Azərbaycanın müasir tarixində ən zəngin il kimi hesab etmək olar. Təəsüf ki, bu zənginlik əksər olaraq mənfi hadisələrdən ibarət idi. İndi onları sadalamq istəmirəm, çünki hamınız bunları məndən yaxşı bilirsiniz. Mən isə sırf marketinq sahəsində olan trendlərdən danışmaq istəyirəm. Beləliklə, Azərbaycanda 2015 ildə 10 marketinq trendi

1. Rebrendinq

 2015 il böhran ili sayılsa da, bir neçə şirkət cəsarətli addımı ataraq rebrendinq keçirmişdilər. Bunlardan ən məşhurları

Azersun

                                Əvvəl                                                                    Sonra

189 TAXI

 

                                Əvvəl                                                                    Sonra

Bolkart

Həmçinin, rebrendinqi Nar və Vita1000 şirkətləri də keçirmişdirlər. Onlar haqqında daha ətraflı video-bloqumda baha bilərsiniz.

2. Real-time Marketing (RTM)

RTM dünya şirkətlərində çoxdan əsas marketinq alətlərindən birinə çevrilib. Bizdə isə demək olar, yalnız bu il bu sahədə canlanma baş vermişdir. Lakin, bu addım həmişə uğurlu alınmayıb. 2015 ilin ən məşhur RTM addımları:

Ali and Nino

Çoxlu tənqidlərə məruz qalan bu caps, yerləşdiriləndən bir neçə saat sonra silinmişdir.

A-Group İnsurance Company

Bu reklam 19 may baş verən faciəvi yanğın zamanı paylaşılmışdır. Məncə bu dünyanın ən düşünülməmiş və yersiz reklamıdır.

Kontakt Home

Bu ilin ən virus reklamlarından biri. Hafiz Haciyevin məşhur “şortik və kislota” söhbətindən sonra Kontakt Home-dən çevik reaksiya

189 TAXI

#SonVaqonaMinməAyKişi hərəkatının 189 TAXI-dən alternativ versiyası

3. Bazarda rəqabət artıb

Böhran şirkətləri öz gedişlərini daha düşünülmüş şəkildə etmələrini vadar edir. Otkat, şirinlik, qohumbazlıq və biznes üçün digər manelər artıq azalmağa başlayıb. Hər bir sahədə rəqabət artır və bazarda liderlər dəyişilir:

  • Bundan əvvəlki illərdə aktiv olan Baku Electronics bu il Music Gallery, Kontakt Home və Soliton-dan aksiya və kampaniyalarına adekvat cavab verə bilmədi.
  • Taksi şirkətlərinin sayının gündən günə artması, bazarın lideri olan 189 TAXI xidmətini rebrendinq edərək daha aktiv olmağını vadar etdi.
  • 2014 ildə Unibank Bank of Baku ilə layiqli rəqabət edə bilirdisə, 2015-də böhran və menecmentin nisbətən zəifliyinə görə tamamilə öz passivinə yaza bilər. Həmçinin, bu il Kapital Bank Expressbank öz aktivliyi ilə seçilirdirlər.
  • Azercell Bakcell-in Ulduzum loyallıq proqramına rəqib ola biləcək “Gənc Ol” tarifini yenilədi
  • RahatAraz marketləri “kim daha çox market açacaq” müsabiqəsində iştirak edirlər

Şirkətlərin rəqabəti haqqında ətraflı buradan oxuya bilərsiniz.

4. Sosial Mediada reklamların artımı

2015 ildə Azərbaycanda sosial media bazarında reklamların sayının çoxalmasının bir neçə səbəbi var:

  • Ucuz qiymət
  • Birbaşa hədəf kütləsinə olan ismarıc
  • İqtisadi böhran
  • TV və radioda reklamların baha olması
  • TV-də şirkətlərə lazım olan hədəf kütləsinə çata bilməməsi
  • ROİ-nin daha asan ölçülməsi

Gələn il də bu tendensiya davam edəcək.

5. Reklam büdcələrinin kəskin şəkildə azalması

Böhran vaxtı bu arzuolnan olmasa da, təbii bir prosesdir. Bunu görmək üçün alim olmaq lazım deyil. Sadəcə, metroda olan reklam lövhələrinə baxın: banklardan başqa demək olar reklam verən yoxdur. Həmçinin, bu il normal reklam çarxlarını barmaqla saymaq olar.

6. Şirkətlər artıq müştərilər ilə Azərbaycan dilində kommunikasiyaya üstünlük verirldilər

Hardasa 2-3 il öncə bütün brend dükanlarında və kafelərdə bizi rus dilində qarşılayırdılar. Facebook-da səhifələrin 80-90% rus dilində idarə olunurdu. Lakin, sevindirici haldır ki, artıq şirkətlər ana dilimizdə kommunikasiyalara üstünlük verməyə başlayıblar. Məsələn, Sinteks Qrupuna daxil olan mağazalarda salamlama yalnız azərbaycanca olmalıdır. Və Əgər, hətta Beat Group28 Cinema kimi səhifələrə 2-3 postdan bir azərbaycanca post paylaşılırsa, deməli bu tendensiya müsbətdir. İlkin Manafovun bu istiqamətdə zəhmətini vurğulamamaq olmaz.

7. Biznes və marketinq bloqlarının sayının çoxalması

Bu ilin Azərbaycanın marketinq sahəsində ən müsbət hadisələrindən biri. Hal-hazırda məşhur bloqerlərlə (İlkin Manafov, Rafiq Hunaltay) yanaşı bu il çoxlu yenicə açılan və ya yenidən aktivləşən bir çox maraqlı bloqlar mövcuddur:

8. Marketinq Forumlarının sayı artır

Bu il artıq ənənəvi Milli Marketinq Forumundan (MMF) savayı Digital Marketing Conference (DMC) da keçirilmişdir.Milli Marketinq Forumu haqqında ətraflı buradan oxuya bilərsiniz.

DMC-də iştirak etmədiyimdən bu tədbir haqqında bir söz deyə bilmərəm. Lakin, biz iştirakçılara dostlarımız ilə belə bir ismarıc göndərmişdik.

9. Korporativ Sosial Məsuliyyət

2015 il həmçinin, şirkətlərin KSM aksiyaları ilə seçilmişdir. Bunlardan ən maraqlı olanlarını Sizə təqdim edirəm

  • Bank of Baku-nun “Məhdudiyyətlərə meydan oxuyaq” layihəsi

  • Güvən xeyriyyə təşkilatı və Lavazza-nın “Дари добро. День в Lavazza” aksiyası

10. Siz əlavə edin

10-cu trend yerini isə mən boş saxlamışam. Və, əziz dostlar, Sizə bir sualım var: Sizcə bu il Azərbaycan marketinqində daha hansı trendlər var idi?

İşlərinizdə uğurlar!

Müəllif: Samir Kərimov

Mənbə: http://samirkarimov.com