1. Yalan danışmaq
Çəkici olsa da, işə yaramır. İstənilən halda hər şeyin üstü açılır. Yalanlar heç vaxt fayda vermir. Mark Tven deyib: “Əgər sən həqiqəti deyirsənsə, onda heç bir şeyi yadda saxlamağa ehtiyac yoxdur”. Bunun haqqında düşünməyə dəyər. Onlar sizi yalan üstə gec-tez tutacaqlar.
2. Hazırki şirkətin və ya müdirin tənqidi
Hazırki iş sizi bezdirib və sizinlə pis rəftar etdiklərinə görə oradan çıxmaq üçün her şeyi verərdiz? İş intervyusu hayıf çıxmaq üçün deyil. Nəzərə alın ki, intervyuda qarşı tərəf sizin cavablarınıza qulaq asacaq və sizinlə iş görməyin necə olacağı haqqında düşünəcək. Özünüzdən soruşun: Başqalarını daima tənqidə tutan birini xoşlayırsınızmı? Bu, həddi aşmaq deyilmi? Məsələ burasındadır ki, intervyu aparan sizin cavablarınızdan çoxlu sayda sonuclar əldə edir. Ona görə sizin müdiriniz və şirkətiniz haqqındakı neqativ şərhlərinizə, sizin “standard” fikir üslubunuz kimi baxıla bilər. Bu da, müdiri və ya şirkətinizi deyil, sizi pis göstərər.
3. Şikayət etmək
Hal hazırda çətin günlər keçirməyinizi başa düşmək olar və sizə bu, sonu olmayacaq kimi gələ bilər. Amma intervyu aparan bunu bilmək istəmir. Şikayət etmək, haqlı olsanız belə, tövsiyyə edilən çözüm deyil. Bu, təmamilə zərərsiz də ola bilər və ya bu, intervyu aparanı başqa mövzuya keçməyə sövq edə də bilər. Şikayətin intervyu prosesindəki abu-havanı dəyişməsinə imkan verməyin.
4. İşdə yola getmədiyiniz adamlar haqqında danışmaq
Müasir iş həyatında münaqişələrin necə çözülməsini soruşmaq adi hal alıb. Şirkətlər, iş mühitində insanlar arasındakı münasibətlərin vacibliyini anlayırlar. Ona görə, əgər sizdən çətin vəziyyət və ya insanlar haqqında soruşsalar, cavabı elə qurun ki, başqa kəsləri kəskin ittiham etməyəsiz və problemlərin çözülməməsi üçün digərlərini günahlandırmayasız. Çünki, bu sizə heç bir fayda verməyəcək. Əgər “təsadüfən” bu qaydanı pozsaz, onda üzr istəyin və başqa şeyi “nəzərdə” tutduğunuzu deyin.
5. Həddindən artıq gərgin və ya özünə inamlı olmaq
Əgər həddindən artıq gərgin olsaz, onda onlar verilən işi apara bilməyəcəyinizi fikirləşəcəklər. Əgər həddindən artıq özünə inamlı olsaz, onda onlar tağım işinə (komanda işinə) yararlı olmayacağınızı düşünəcəklər. Əgər intervyu prosesi sizin üçün gərginlik yaradandırsa, onda professionaldan - məs., intervyu məşqçisindən - praktiki köməyin əldə edilməsi məsləhətdir.
6. Zəif ilkin təəsürat yaratmaq
Təəssüf ki, intervyu aparan nə qədər çalışsa da, “işə götür” və ya “işə götürmə” qərarını yaradan çoxlu sayda səbəblər, intervyunun ilk dəqiqələrində əmələ gəlir. Əgər ilkin güclü təəsürat yaratsaz, onda intervyu aparan sonrakı cavablarınızdakı çatışmazlıqları göz ardı etməyə daha çox meyilli olacaq.
7. Təşkilatın fəaliyyətinin araşdırılmaması
Ümumi qayda olaraq, təşkilat nə qədər məşhur olsa, o, sizdən (intervyu üçün) bir o qədər çox ev hazırlığınızı etməyi gözləyəcək. Təşkilat haqqında araşdırmanın aparılması, sizin işə ciddi yanaşmanızı və təşkilata olan marağınızı göstərəcək. Əks halda, işə götürülmə ehtimalınız az olacaq.