Sayca 5-ci Battle-in iştirakçıları Bakının iki ən məşhur kinoteatrdır: 28 Cinema və Park Cinema
Battle-ın qaydaları
28 Cinema
Park Cinema
1. Yerləşmə ərazisi/Şəbəkə
Kinoteatrların müqayisəsini ilkin olaraq onların yerləşmə ərazisindən başlamaq lazımdır. Burada əsas faktorlardan biri kinoteatrların sayıdır, yəni kinoteatrların şəbəkəsidir. Burada sözsüz üstünlük Park Cinema-dadır. Çünki, Park Cinema-nın hal-hazırda şəhərin müxtəlif yerlərində 5 kinoteatrı var:
28 Cinema-nın yaxın zaman ərzində iki yeni kinoteatrın açılması planlaşdırılırsa (Gənclik Mall və köhnə Azərbaycan kinoteatrı) hal-hazırda yeganə kinoteatr Mall28-dədir. 1 xal -Park Cinema
2. İnteryer/Eksteryer
Eksteryerin dizaynı (foye) kinoteatrlarda tamam fərqli bir konseptlərdə qurulub. 28 Cinema-nın foyesı ümumi Mall28-in dizaynına uyğub düzəldilib. Və xüsusi bir fərqliliyi yoxdur. Park Cinema özəlliyi isə yerləşdiyi Ticarət Mərkəzlərinin dizaynlarından tam fərqli bir konseptdə olmasıdır. Bu fərq daha çox Metro Parkda və Alov Qüllələrində hiss olunur: çox maraqlı və futuristik dizayn. 1 xal – Park Cinema
İnteryerə (zallar) gəldikdə isə burada üstünlük artıq 28 Cinemadadır: Həm adi həm də premium zallarında oturacaqların rahatlığı, zalların dizaynı və əsasən ekranın ölçüləri baxımından. (Park Cinema-nın IMAX zalını çıxmaq şərti ilə) 1 xal – 28 Cinema
28 Cinema
Park Cinema
3. Filmlər/Seanslar
Bir vaxtlar hər iki kinoteatrın repertuarları tamamilə eyni idi. Lakin, Nizami kinoteatrının yeni təklifləri (türkçə kinolar, futbol) onları yeniliklərdən istifadə etməyə vadar etdi. Həmçinin, Park Cinema-nın kinoteatrlarının sayı çox olduğundan, orada seansları və filmləri daha çox rotasiya etməsini imkan verir. Lakin, onun seçim baxımından 28 Cinema-dan heç bir üstünlüyü yoxdur. Hətta, bəzən 28 Cinema təqdim etdiyi film və ya futbol oyunları Park Cinema-da olmur. Cəmi 1 kinoteatrla 28 Cinema daha maraqlı repertuar təqdim edir. 1 xal – 28 Cinema
4. Biletlərin qiymətləri
28 Cinema
2D filmləri | 3D filmləri | Platinum zalı | |
11:59 qədər | 3 AZN | 4 AZN | 25 AZN |
12:00-17:59 | 5 AZN | 6 AZN | 25 AZN |
18:00-son seansa qədər | 7 AZN | 8 AZN | 25 AZN |
Park Cinema
Park Cinema biletləri həm qiymət baxımından, həm də paket təklifləri baxımından müştəri üçün daha sərfəli və cəlbedicidir. 1 xal – Park Cinema
5. Aksiyalar/Bonuslar
Müştəriləri cəlb etmək üçün kinoteatrlar müxtəlif endirim aksiyaları və bonus kampaniyalarını keçirilər.
Bonus kartları
28 Cinema
CineClub bonus kartları. Standard kart: 10% bonus, Gold kart: 15% bonus. Həmçinin bu karltarın vasitəsi ilə müştərilər müxtəlif iaşə obyektlərində endirim ala bilərlər.
Park Cinema
Bonussimo kartları. Silver kart: 7.5%, Qızıl kart: 10%, Platinum kart: 12,5% bonus
28 Cinema-nın kartları həm bonus faiz dərəcələri həm də əlavə təkliflər (kafe və restoranlarda, taksi xidmətlərdə endirim) baxımından daha effektivdir. 1 xal – 28 Cinema
Endirim aksiyaları
Endirim aksiyalara gəldikdə isə 28 Cinema demək olar yalnız Ulduzum və Gənc Ol! 1+1 aksiyalarını təklif edir. Park Cinema-nın isə müştərilərə hər bir kinoteatr üçün özəl endirimlərdən yararlanmağa imkan yaradır. Ətraflı burada. 1 xal – Park Cinema
6. Sayt/Mobil tətbiq
Sayt
Mobil tətbiq
Saytda olan funksiyalar hər iki kinoteatrın tətbiqlərində var. Sadəcə, Park Cinema-nın mobil tətbiqinin üstünlüyü proqramın içində onlayn bilet sifariş etmək imkan var. 28 Cinema isə sizi sayta yönləndirirlər. 1 xal – Park Cinema
7. Facebook
Hər iki səhifə əsasən əyləncəli kontentin paylaşılması ilə seçilirlər. Lakin, həm 28 Cinema həm də Park Cinema-nın əsas problemi sosial şəbəkələrdə 90% kontentin rus dilində olmasıdır. 28 Cinema-da ikinci problem özəl kontentin olmamasıdır. Bu sahədə Park Cinema səhifəsinin üstünlüyü var.
Həmçinin, səhifələri monitorinq etdikdə Park Cinema-nın postları daha çox bəyənmə, şərh və paylaşım topladıqlarını görmək olar. 1 xal – Park Cinema
Yekun nəticələr
Bəs Siz daha çox hansı kinotaetrı bəyənirsiniz? Və nəyə görə?
Bonus
Qeyd etdiyim kimi, hər iki kinoteatrda azərbaycan dilində kontent problemi var. Aşağıdakı şəkil isə bunu sübut edir.
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com/