Təəssüf edirəm, idealist, “Utopya” kitabını həvəslə oxuyan doslarımız təsəlli məqsədi ilə “sevgi vardır” deyə axtarış etdiklərinə bu SEO yazım çıxacaq. Niyəsini yazacam, amma əvvəlcə…
2016 SEO trendləri
Artıq ele bir zamandır ki, digital marketinq, marektinq strategiyasının, hətta satışın vacib bir həlqəsi halına gəldi. Xüsusən ölkədə tüğyan edən və şiddəti “Katrina”dan da geri qalmayan “neft tornado”su marketinq planlarımıza yenidən baxmağı və satış istiqamətli addımlar atmağımıza vadar edir. Bu zaman köməyimizə SEO gəlir.
2016-cı ildə Orqanik kliklərin dəyəri artacaq. Daha çox klik edilən saytlar daha çox önə çıxacaq.
Təbii ki, 2016-cı ildə də kontent kraldır. Bizdə milli kontentin yaradılması çox zəifdir. Bu işdə dostumuz Samir Kərimovun yazısı kimi yazılar katalizator rolun oynaya bilər…
2016-cı ildə interaktiv (istifadəçilərin qatıldığı) kontenlər zirvəyə çıxacaq. Nümunə olaraq onlayn sorğular (quizz) istifadəçilərlə brend arasında olan ünsiyyəti (bağlılığı) artıra bilər.
Ümumiyyətlə dünyada da 2016-cı ildə B2C sektorunda video kontentlər mətn kontentlərdən üstün olmağa başlayıb.
Sayta video əlavə edildiyi zaman, əlaqəli səhifəyə mətn də əlavə edilməlidi. Ümumi olaraq səhifədə olan açar sözlərin 2%-dən çox olmamasına diqqət edin. Nümunə olaraq “sevgi vardır” açar sözü, 200 söz olacaq məqaləmdə 4-dən çox olmamalıdır. Hər alt səhifənin də özünə uyğun açar sözü olmalıdır. Bir sözlə sayt daxili SEO vacibdir.
Mobilin yüksəlişi ilə şirkətlər müxtəlif məzmunlu tətbiqlər yaradaraq birbirləri ilə yarışmağa başladılar. Bu zaman App Store Optimisation önə çıxır. Xüsusilə tətbiqlərin idarə edilməsi üçün “mobile deep linking” dəyəri artacaq.
Araşdırmalar zamanı bir veb saytın 2 saniyədən uzun müddətdə açılması 60% ziyarətçinin o saytı tərk etməsinə səbəb olduğu sübut edilmişdir. Göründüyü kimi “sayt sürəti” edilməsi gərəkən ən vacib SEO işlərinin başında gəlir.
Bildiyimiz kimi Facebook, İnstagram, Twitter kimi sosial şəbəkələr “mobil friendly” olan saytların dəyərini artırmışdır. Google sözcüsünün yaxın zamanda da qeyd etdiyi kimi “mobile firendly” olan saytlar mobil axtarış zamanı üst pillədə yer alma imkanını artıracaqdır. Əmin olun ki, 2016-cı ildə mobil istifadə ən pik həddinə çatmış olacaq. Faydalanın…
Google axtarışlarında yəqin ki, Facebook və ya Twitter postlarını görürsünüz. Artıq sosial medianın dəyəri 2016-cı ildə daha da artacaq. Sosial postlar eyni kontenti paylaşan veb saytlardan daha dəyərli olacaqdır.
Ümumiyytlə digital reklam xərcləri 2016-ci iləd 10% artacağı düşünülür.Qısaca mobil reklamların artması ilə onlayn reklam xərcləri də avtomatik artmış olacaq. Və SEO 2016-cı ilin digital reklam xərcləri trendində olacaq. Sevgi vardır və ya yoxdur bunu sizə həyat göstərəcək, amma “sevgi yoxdur” kimi search edildiyində ilklərdən olmaq istəyirsinizsə SEO mütləqdir.
Müəllif: Müşfiq Şirəliyev