2015-ci ildə 3 kitab

2015-ci il haqda çox fikir demək olar… bir-az səbr edin, dekabr ayından tam olaraq ilin yekunları barədə silsilə yazılara başlayırıq. Yalnız yekunlar deyil, həmçinin 2016-cı ilin planları barədədə Sizinlə danışacam – AMMA bu bloqu mən 2015-ci ildə bizim üçün ən yadda qalan hadisələrdən biri olan ana dilimizdə biznesi (marketinqi, brendinqi) əhatə edən 3 kitabın işıq üzü görməsinə həsr etmək istəyirəm. Belə, bəli məhz 2015-ci ildə bizim üçün son dərəcə bərəkətli oldu – biz sözün həqiqi mənasında bestsellər hesab edilən 3 kitabı oxucularımıza hədiyyə etdik. Daha konkret desək…

… bu il biz ana dilimizdə 3 kitab:

dərc etdirməklə başa düşdük ki, bugün Azərbaycan oxucusu kitab oxumaq üçün acdır. Bu üç kitabın çıxması ilə biz bir neçə səhv yaradılan steoriotiplərin gördük, daha konkret desək:

  • Biz hiss etdik ki, “əşi… bizdə kitab oxuyan kimdir” anlayışı səhvdir. Çünki bizim 3 kitab toplan olaraq 1500 ədəddən çox satış rəqəmi göstərdi (nəzərə alsaq ki, 360 dərəcədə brendinq kitabı 5 ay, digər kitablar müvafiq olaraq cəmi 3 və 1 aydır işıq üzü görüb və bizim hər üçümüzün kitab satışını artırmaq üçün heç bir təşəbbüsümüz olmayıb…). Bizdə kitab oxuyurlar, sadəcə bizdə ana dilimizdə oxumağa kitab yoxdur. Hər zaman demişik, yenədə deməyi özümə borc bilirəm… danışmaqdansa etmək lazımdır. Butün günü “ingilis dilində kitab oxuyub, rus dilində danışan “qlamur”lar qollarını çirmələyib öz bilik və təcrübələrini kitaba töksəydi, vətənimizə, Azərbaycanımıza daha səmərəli ola bilərdi”. Danışmaq fayda vermir, işləmək, etməkI yaratmaq lazımdır.
  • Biz hiss etdik ki, “yaxşı kitabı oxucu pul vermir” anlayışı səhvdir. Yadıma düşür mən, “360 dərəcədə brendinq” kitabını dərc etdiyimiz vaxtlar qiyməti 12 manat qoymaq istəyirik deyəndə… hamı mənə deyirdi ki, “əşiii 12 manata kitab olaaaar!?”. Məndə dedim ki, əlbəttə olar, ümumiyyətlə kitab 10 manatdan ucuz olmaz. Əgər Azərbaycan dilində kitab 10 manatdan ucuzdursa, deməli müəllif bu kitabdan pul qazana bilmir (ola bilər ki, sponsor hesabını çıxarır və s.). Biz hesab edirik ki, istənilən zəhmətli fəaliyyət özünü iqtisadi cəhətdən əsaslandırmalıdır və təbii olaraq kitabımızı 12 manata qouduq. Kitabımız satış rekodrları qırır… və biz sübüt edirik ki, ana dilimizdə olan biznes kitabı heç bir şəkildə “Манн, Иванов, Фербер (МИР) və ya Альпина-dan” keyfiyyətsiz deyilik və oxucu öz “cibiylə” bunu sübut etdi. Bizim kitablar “360 dərəcədə brendinq” – 12 manat, “Biznes nə istəyir” və “Bugünün marketinqi” 10 manata satılır.
  • Biz hiss etdik ki, “kitab yazmağa nə var” anlayışı səhvdir. Çünki kitab yazmaq ürək istəyir. Yox səhv dedim, kitab yazmaq asand ola bilər, amma öz təcrübəni, sevgini, hisslərini, ürəyini, biliklərini vərəqlərə tökmək… hə bax bu çətindir. Amma uğur qazanmaq üçün gərək sadəcə kitab yazmayasan, bunu “narxozun” müəllimləri, “akademiyanın” proffsorlarrrı bizdən 10 qat deyil eee, 100 qat yaxşı bacarır. Amma onlar sadəcə kitab yazır, bu kitablar ya “məcburən” tələbələrə satılır – sonra oxunmur, ya da ümumiyyətlə satılmır və təbii olaraq oxunmur. Bizim yazdığımız kitablardan yazmaq üçün dediyimiz keyfiyyətlər mütləqdir.
  • Biz hiss etdik ki, “kitab satmaq ziyanlı işdir” anlayışı səhvdir. Sadəcə Azərbaycanda bu işlə “Ali Nino”dan başqa işləyən yoxdur. Sadəcə yoxdur. Digərləri bu işi bacarmır – Akadem kitab kimi…
  • Biz hiss etdik ki, “görülən iş, göstərilən nəticə” sənin haqda danışanlara ən yaxşı cavabdır. Bəli-bəli. Kimsə nesə danışır, danışsın, onun cavabı görülən işdir. Kimlərsə danışır, kimlərsə edir, əminəm hər iki tərəf layiq olduğu yerdə olur.

Əziz oxucu, bugünlərdə ölkəmizdə keçirilən Dijital Marketinq Konfransında kitab köşkümüz var edi. Təsəvvür edirsiniz?! Artıq bizim Forumlarda biz 1 deyil, 3 kitabla öz iştirakçılarımıza Azərbaycan olan biznes barədə məlumat vermiş oluruq. Hər üç kitab sırf ölkəmizdə olan real biznes mühit haqdadır, hər üç müəllif sırf olaraq kitabda öz biznes karyeralarında olan, olmuş keyslər, real biznes məsləhətlər verməyə çalışmışdır. Çox ümid edirik ki, bizim kitabı bir dəfə oxuyan oxuyucu, bu kitabı ən azı 1 dəfədə oxuyacaq. Yalnız oxumayacaq, kitabda olanları öz real praktikasında tətbig edəcəkdir.

Növbəti mərhələ nədir?! Növbəti mərhələ (çox uzaq deyil, Qurban olduğumuz ömür versə) Azərbaybaycanda “əfsanə” yaratmış Marketinq AİR təlimlərinin dərslərinin çıxarılmasıdır. Biz Marketinq AİR təsisçiləri olaraq Marketinq AİR dərslərini yaratmaq istəyirik. Bu dərsliklərdə biz biznes təcrübələrimizi ardıcıl olaraq 3 istiqamət üzrə işıqlandırmaq istəyirik, daha konkret desək biz 2016-ci ildə 3 istiqamət üzrə AİR dərslikləri dərc etdirməyi planlayırıq. Marketinq AİR – Brendinq (icazə versələr mən yazacam), Marketinq AİR – Biznes strateqiyalar (Anar müəllim yazacaq) və Marketinq AİR – Kommunikasiya – Rafiq müəllim.

Birdə nə vaxtsa… (bilmirəm bu 2016-cı ildə olar, ya yox) Azərbaycanda biznes qurmaq barədə olan təcrübələrimiz kitab şəkildə dərc etməyə planlayıram. Amma nə vaxt – bilmirəm!)

Beləliklə 2016-ci il, ölkəmizdə ana dilli biznes kitablar istiqamətində yeniliklərlə dolu olduğunu yalnız arzulamaq deyil, öz əməllərimizlə maksimum reallaşdırmağa çalışaceyik. Qurban olduğumuz ömür versə!!!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/