Son vaxtlar, tez-tez kitab satan yerlərlə əlaqədə oluram. Çox maraqlı tipajlar görürəm. 360 dərəcədə brendinq kitabı, son dərəcə yaxşı (gözlədiyimizdən çox yaxşı) satılmasına baxmayaraq kitab satışında olan vəziyyət bizi çox məyus edir. Azərbaycanda Ali & Nino-dan başqa bir dənədə olsun sistemli kitab satışı ilə məşğul olan şirkət yoxdur (yeni biznes açmaq istəyənlər üçün ideya!!!). Bu yazıda mən Sizə öz başıma gələn maraqlı bir biznes epizod və ya “torgovuda” yerləşən Akadem Kitab Mərkəzi barədə danışmaq istəyirəm.
İlk əvvəl Sizlərə açıq və net şəkildə deyim ki, kitab satışı kifayət qədər mənfəətli və gəlir gətirəcək sahədir. Burada rəqabət demək olar ki, yoxdur, bazar isə artan istiqamətdə inkişaf edir. İqtisadi böhran, ümumi makro iqtisadi vəziyyətin kitab satışına təsir minimum səviyyədədir. Buna baxmayaraq ölkəmizdə olan kitab satışı nöqtələrinin biznes bilikləri sadəcə ürək ağrıdır.
Ali&Nino-dan fərqli olaraq digər kitabçılar bu işə ciddi yanaşmırlar. Əslində Ali&Nino-da kifayət qədər marketinq və təhcizatçı istiqamətində professional deyil… AMMA yenədə bazarın boşluğu və Ali Ninonun bazarda demək olar ki, yeganə olması etdikləri səhvləri hiss etdirmir. Əminəm ki, bu şəbəkə kifayət qədər mənfəətlə işləyir (özlərinə qismət) və əminəm ki, bu bazara yeni iştirakçılar mütləq və mütləq girməlidir. Neysə… Sizə danışım Akademiya Kitab mərkəzindən.
Şəhərimizdə ən bahalı icarə ərazisi olan “torqovu”da yerləşən bu “obyekt” Milli Elmlər Akademiyasının nəzdindən fəaliyyət göstərir. Yeri, Sizində bildiyiniz kimi Nizami muzeyinin yanıdır. Mən bu kitab evini laaaap, əvvəldən tanıyıram və qiymətlərin münasib olduğundan çox zaman alış-verişi burdan edirdim. Özdə bu kitab mərkəzi düüüüz 1956-cı ildən işləyir – Akademiya Kitab Mərkəzi…
360 dərəcədə brendinq kitabımız dərc edildiyi zaman, ilk satış nöqtələrimizdən biri məhz bu kitab mağazası oldu. Elə İLK, gündən burda olan “sovetləşmiş” adamlarla ünsiyyət quranda hiss etdim bu mağaza çox yox, amma təxminən 70-ci illərdə qalıb. Bizim kitabımız kütləvi satışda iyun ayının 10-dan çıxıb, və bu mağazaya mən elə o vaxtdan cəmi-cümlətəni 5 ədəd kitab verdim.
Kitabı verdikdə orda işləyən və hamının qorxduğu Fatma adında, 50-60 yaşlı bir qadınla söhbət etdim. Dedim ki, Fatma xanım, Siz bir kitabdan nə qədər marja qazanırsız… cavab təxmini belə oldu… “Qazanmaq?! Cavan oğlan nə qazanmaq bura Sizin üçün nədir?! Biz Akademiya (Akademiya yox aaa, AKADEMİYA – böyük hərflərlə) kitab eviyik. Bizdə hər şey standartdır – 35%. Dedim Fatma xanım, olar mən kitablarımı merçandayzinq edim… kitablarımız öndə olsun, mən Sizə 50% verməyə hazıram… dedi Siz nə danışırsız?! Sizin pulunuz bizə lazım deyil…
Deyirəm… Ay Fatma xanımmmm, mənim pulum lazım deyil, bəs kimin pulu lazımdır?! Siz burda satışla məşğulsunuz ki, pul qazanasınız (mənim ağlım normal biznesə gedibdə…) 35% qazanmayın, 50% qazanında… pisdir məgər?!) Nə başınızı ağrıdım… bu kitab evində ki, çooox hörmətli Fatma xanımı başa sala bilmədim. Hələ xətrinə dəydi… dedi biz Sizin pulunuzu qalmamışıq!)) 5 kitab verdim və buranı yadımdan çıxardım. Amma nömrəmi qoydum, dedim əgər kitab bitsə, mənə zəng edin… yeni kitab gətirim. Təxminən 3-4 gün bundan əvvəl “torqovudan” keçəndə… dedim qoy bir “unudulmuşların” mağazasına girim görüm işlər necədir…
Girdim içəri və biznes ədəbiyyat sırasına baxdım… gördüm kitab yoxdur. Soruşdum ki, Sizdə 360 dərəcədə brendinq kitabı varmı?! Xanım cavab verdi ki: “Var edi… amma çoxdan bitib, elə gələn kimi, satıldı…” özümü o yerə qoymadım. Kassaya yaxınlaşıb… məhşur Fatma xanımı soruşdum… dedilər məzuniyyətə gedib. Dedim ki, mən müəllifəm, kitab vermişdim, indi yoxdur, deyirlər çoxtan bitib, istəyirsiz yenə kitab verim… dedi mümkün deyil… Sizcə niyə mümkün deyil!?
Bəli, bəli düz tapmısınız… Fatma xanım sentyabr ayından işdə olacaq… onda kitab ala bilərlər… deməli Fatma xanım yoxdur, mağazada polka boşdur, Fatma xanım var, mağazada kitab var!)) Təsəvvür edirsiniz?! Sual verdim… Satışlarınız necədir?! Dedilər çox pis… satışlar 2 dəfə düşüb… və dedilər böhrandı…
Əziz oxucu, bu hadisə Bakımızda, şəhərin ən bahalı arendalar olan yerində… 500 kv.metr çox ərazisi olan kitab mağazasında gedir… və biz 2015-ci ildə yaşayırıq. Bu kitab mağazası işlədən Fatmaxanımlar tipli adamlar… düşünmürlər ki, bəs axı, bu yerin arendası var, bəs axı bu biznesdir… və s. Bilirsiz niyə düşünmürlər?!
Əziz oxucu, kitab bazarının inkişaf etməsi üçün, həm kitab yazanlar, həm kitab dərc edənlər (mətbəələr), həm satanlar, həm də alanlar tam məmnun olmalıdırlar. Akademiya Kitab Mərkəzi kimi mağazalarla bizdə kitab bazarı arta bilməzzz, belə yerlər kitab biznesini məhv edir. Nə özləri işləyirlər, nədə kimlərəsə işləməyə imkan vermirlər!
Bir kitab mağazası ki, ana dilimizdə olan kitabları daha arxa yerləri, rus ədəbiyyatını isə önə çıxarır… belə mağazadan nə gözləyəsən!? Belə mağazalarla ölkəmizdə kitab necə çox oxuna bilər?! Hesab edirəm ki, kitab bazarı inkişaf etdirmək üçün butün həlqələr eyni istiqamətə yönəlməlidir… birdə kitab biznesinə girişmək olar. Tövsiyyə edirəm, irəli atılın – 100% pul qazanaqcanız!
P.S. Bu yaxında eyni kitab evinə Anar müəllimdə gedib… onada deyiblər ki, bircə ay gözlə!!!))) Təsəvvür edirsiniz?! Düşünün ki, supermarket məhsul götürmür ki, anbardar məzuniyyətə gedib… buda bizim AKADEMİYA kitab mərkəzi
Müəllif: İlkin Manafov
Mənbə: http://www.ilkinmanafov.com