Yardımlı Rayon İcra Hakimiyyəti xəritədə

Yardımlı Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Yardımlı, 78 AZ6500 *** 1 səs

Yardımlı Rayon İcra Hakimiyyəti haqqında

Yardımlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yardımlı şəhəridir. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib. Həmin tarixədək inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi, rayonun 1 noyabr 1931-ci il tarixinə 900 km² olan ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə 20.651 nəfər əhali yaşayırdı. 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı.Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.

Yardımlı rayonunun tarixi

1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmışdır. 1930-cu ildən rayon statusu alaraq Vərgədüz rayonu adlandırılmışdır. 1938-ci ildən Yardımlı rayonu adlandırılmış və mərkəz Yardımlı olmuşdur.Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında verdiyi xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda-indiki Yardımlı rayon ərazisində göstərmişdir.Budaq Budaqovun fikrinə görə Yardımlı toponimi etnonim olub VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII-XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər.