Wasabi yapon mətbəxi restoranı yeni 2014-cü ildə qapılarını müştərilərinə açmışdır. Xörəklərin orijinallığı, hazırlanma keyfiyyəti və menyunun müxtəlifliyi dərhal müştərilərmizin xoşuna gəlmişdir. Kəskin dadı olan yapon ədviyyatının şərəfinə adlandırılmış Wasabi restoranı bütün arzu edənləri yapon mətbəxinin zəngin və incəzövqlü aləmini kəşf etməyə dəvət etməyi özünə borc bilir.Wasabi restoranı Bakı şəhərinin tarixi mərkəzində yerləşir.
Müəssisəmizdə Siz Gündoğan ölkənin ab-havası və estetikası (gözəlliyi) ilə qarşılaşacaqsınız. İnteryer klassik yapon üslubunda tərtib olunmuşdur: rahat divanlar, tünd rəngli taxtadan rahat masalar və geniş bar. Tərtibatda orijinal yapon atributları, məsələn, əsl qədim samuray zirehi istifadə olunmuşdur. Aşpazların iş zamanı istifadə etdikləri bıçaqlar da daxil olmaqla, restorandakı bütün qab-qacaq və yemək əşyaları Yaponiyadan gətirilmişdir.Suşi barda elektrik konveyer işləyir. Müştərilərin rahatlığı üçün xörək qabları rənglərinə görə ayırılmışdır. Məsələn, qırmızı nimçələrdə - suşi, göy nimçələrdə - rollar və s.
Rənglərə uyğun olaraq qiymətlər də fərqlənir, buna görə də müştərilər (eləcə də ofisiantlar) qiymətləri asanlıqla ayırd edərək, öz xərcləri barədə təsəvvürə malik olurlar: eyni rəngli qabda olan bütün xörəklərin qiyməti eynidir.Yeri gəlmişkən, Wasabi – Azərbaycanda live Teppanyaki mətbəxli ilk restorandır. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, aşpaz təamları müştərilərin gözü qarşısında geniş dəmir teppane tavasında hazırlayır, bundan sonra isti xörək birbaşa qonaqların nimçəsinə qoyulur. Eyni zamanda Wasabi aşpazları xörəklərin bişirilməsini - alovla şou, qablarlın atılıb-tutulması, məhsulları havaya tullamaq və s. bu kimi cəlbedici fəndlərlə müşayiət edirlər.
Teppanyaki mətbəxinin əsas inqrediyentləri təzə tər dəniz məhsulları, mal əti, toyuq və tərəvəzlərdir. Yeri gəlmişkən, Wasabi restoranı bütün ərzaqları xaricdən: balıq və dəniz məhsullarını Dubay və Avropadan, mal ətini Avstraliya və Yeni Zalandiyadan, toyuq filesini Braziliyadan ixrac edir.Restoranın iş vaxtı: hər gün saat 12:00-dən son müştəri gedənək.Hər cümə və şənbə günü saat 19:00-da qonaqları canlı musiqi müşayiəti gözləyir.Əgər siz orijinal yapon mətbəxini, onun ləzzəti və keyfiyyətini dəyərləndirisinizsə - Wasabi restoranına xoş gəlmisiniz. Burada siz əsl Yaponiya ab-havasına baş vuracaq, əla yapon mətbəxindən ləzzət alaraq, qəlbən dincələcəksiniz!