TransEuroCom xəritədə

TransEuroCom

Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 AZ1000 *** 0 səs

TransEuroCom haqqında

"TransEvroKom" telekommunikasiya şirkətinin rabitə operatorluq fəaliyyəti aşağıdakı sahələri əhatə edir:

  • Bakı şəhərində 499/599 indeksli və Respublikanın Gəncə, Ağstafa, Yevlax, Hacıqabul şəhərlərində 428 indeksli rəqəmsal ATS-ləri vasitəsilə telefon rabitə xidməti;
  • Bakı şəhərində şirkətə məxsus fiber optik kabel şəbəkəsi vasitəsilə telekommunikasiya kanallarının təşkili xidməti;
  • Respublikanın Bakı-Böyük Kəsik(Gürcüstan sərhədi) dəmir yolu boyunca çəkilmiş fiber optik kabel xətti vasitəsilə ölkədaxili telekommunikasiya kanallarının təşkili xidməti;
  • Bakı və Gəncə şəhərlərində genişzolaqlı (ADSL) və ayrılmış xətlə limitsiz İnternet xidmətlər.

TransEvroKom - Telefon

"TransEvroKom" telekommunikasiya şirkəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Lisenziya №065578 əsasında Respublika ərazisində stasionar telefon rabitə xidmətləri göstərir.Dekabr 2005-ci il tarixindən Respublikanın Bakı şəhərində 499/599 indeksli ATS-ləri, Gəncə, Ağstafa, Yevlax, Haciqabul şəhərlərində isə 428 indeksli ATS vasitəsiylə stasionar lokal telefon rabitə xidmətləri təşkil edir.

TransEvroKom - İnternet

  • ADSL
  • Ayrılmış xəttlə

TransEvroKom - Kanal icarəsi

"TransEvroKom" telekommunikasiya şirkəti Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 065639 №-li lisenziyası əsasında aşağıda qeyd olunan istiqamətlərdə telekommunikasiya kanallarının təşkili rabitə xidmətlərini göstərir.

  • Bakı və Gəncə şəhərlərində fiber optik kabel xəttləri vasitəsilə 10Mbps-10Gbps sürətlərində Ethernet rabitə kanallarının təşkili;
  • Bakı-Böyük Kəsik (Azərbaycan/Gürcüstan sərhəddi) arasında 2 Mbps(E1), 34 Mbps(E3), 155 Mbps(STM-1) sürətlərilə korporativ data rabitə kanallarının təşkili;