Tetrada xəritədə

Tetrada

Bakı, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 145, AZ1000 *** 1 səs

Tetrada haqqında

Əczaçılıq – bu, istər dərmanların istehsalı, istərsə də, dərman preparatlarının insanlara çatdırılması və əhalinin düzgün məlumatlandırılması kimi götürülsün – çətin və şərəfli bir sənətdir. Belə bir sahədə işləmək Tetrada MMC olaraq bizə də nəsib olmuşdur. 2000-ci ildən fəaliyyət göstərən və əczaçılıq sektorunda xüsusi çəkisi olan Tetrada MMC əhalini inkişaf etmiş ölkələrin tanınmış firmalarında istehsal olunan və beynəlxalq standartlara cavab verən dərman preparatları, tibbi ləvazimatlar və kosmetik vasitələrlə təmin edir. Şirkət fəaliyyətində müştəri məmnunluğu və insan sağlamlığını əsas prinsip kimi götürür.

Tetrada şirkətinin fəaliyyəti

Tetrada MMC ABŞ, İsveçrə, Avstriya, Rusiya, Polşa, Koreya, Hindistan, Rumuniya kimi bir sıra ölkələrin tanınmış şirkətləri (“Abbott Nutrition”, “Aktavis”, “Johnson & Johnson”, “DABUR INTERNATIONAL”, “Polpharma”, “Antibiotice SA”, “Genericon Pharma”, “Himalaya Drug Company”) ilə əməkdaşlıq çərçivəsində tələbata uyğun dərman preparatları, tibbi ləvazimatları və bitki tərkibli təbii kosmetik vasitələri ölkəyə gətirib topdan və pərakəndə satışını həyata keçirir, eyni zamanda müalicə-proflaktika mərkəzlərini, həkim auditoriyasını və əhalini bu preparatlar haqda müntəzəm məlumatlandırır.

Tetrada MMC Bakı və bütün regionlar üzrə 7 marketinq qrupu vasitəsilə idxal etdiyi məhsulların tanıtımını aktiv şəkildə həyata keçirir. Bakıdan tutmuş ən ucqar rayonadək marketinq, təchizat və satış (tanıtım, çatdırılma və satış) şöbələri sistemli və koordinasiyalı şəkildə fəaliyyətini təşkil edərək bir-birinin işini məharətlə tamamlayır. Tetrada MMC çoxillik təcrübə və imkanlarından kosmetika sahəsində də istifadə edir. Artıq beynəlxalq dərman firmalarının ən son texnologiya ilə istehsal etdiyi bitki tərkibli kosmetik vasitələri ölkəyə gətirir. Yeni açılmış bu sahənin marketinq və satış fəaliyyəti regionlarda da get-gedə genişləndirilir.

Tetrada şirkətinin əsas fəaliyyət prinsipləri

  • Şəffaflıq – Tetrada MMC öz fəaliyyətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin prinsiplərini rəhbər tutur və beynəlxalq əməkdaşlıq qaydalarına riayət edir. İstər dərman preparatları və tibbi ləvazimatların alınıb ölkəyə gətirilməsi, istərsə də satışının həyata keçirilməsi tam şəffaf şəkildə təşkil olunur.
  • Novatorluq – Əhaliyə xidmət səviyyəsini gündən-günə daha da inkişaf etdirmək üçün yeni məhsullara, elmin son nailiyyətləri işığında hazırlanmış və təkmilləşdirilmiş dərman preparatları və tibbi ləvazimatlara üstünlük verilir. Digər tərəfdən şirkət personalının dünya təcrübəsindən faydalanması, bilik və bacarıqlarını inkişaf etdirməsi üçün əlverişli şərait yaradılır, xidmət strukturunda yeniliklər və müsbət dəyişikliklər edilir.
  • Effektivlik – Tetrada MMC üçün effektivliyin ilkin meyarı müştərilərin razı qalması və xəstəliklərin müalicəsində müsbət nəticələrin əldə edilməsidir. Biz məhsullarımızın deyil, müştərilərimizin geri qayıtmasını keyfiyyətimizin əsas göstəricisi hesab edir və bu istiqamətdə yorulmadan çalışırıq.
  • Stabillik – Yeniliklərin və yeni-yeni üsulların tətbiqinə böyük əhəmiyyət verən Tetrada MMC fəaliyyət prinsiplərinə və məqsədinə daim sadiqdir, insanların sağlamlığını daima ön planda tutur.

Gətirilən dərman preparatlarının təyinatı

Tetrada MMC Səhiyyə Nazirliyinin rəhbər prinsiplərini əsas götürərək farmokologiyanın bütün sahələri üzrə dərman preparatları (kardioloji, terapevtik, antibiotik, enteral qida, aurvedik, qastroenteroloji və s.), tibbi ləvazimatlar və bitki mənşəli təbii kosmetik vasitələrin ölkəyə gətirilməsini və əhaliyə çatdırılmasını təmin edir

Şirkətin personalı

Tetrada MMC-də 120-yə yaxın yüksək ixtisaslı kadrlar çalışır ki, onların kvalifikasiya dərəcəsinin yüksəldilməsi də daima ön plandadır. Şirkət rəhbərliyi xidmət səviyyəsini daha da yüksəldilmək məqsədi ilə personalın bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində əcnəbi və yerli mütəxəssislərin rəhbərliyi altında treninqlər və seminarlar keçirir. Tetrada MMC eyni zamanda respublikamızın səhiyyəyə qayğısının bir təzahürü olaraq müntəzəm keçirilən səhiyyə sərgilərində öz məhsulları ilə layiqincə təmsil olunur.2000-ci ildən fəaliyyət göstərən Tetrada MMC artıq müasir iş üsulları və yetişdirdiyi yüksək ixtisaslı kadrları ilə bir əczaçılıq məktəbinə çevrilmişdir.