Tegin xəritədə

Tegin

Bakı, Nizami rayonu, Özbəkistan küçəsi, 24 AZ1000 *** 3 səs

Tegin haqqında

"TEGIN" klirinq şirkətinin təklif etfiyi xidmətlər aşağıdakılardır: fasad və pəncərələrin (o cümlədən alpinist avadanlıqlarının tətbiq edilməsi ilə) yuyulması, xalça məmulatlarının təmizlənməsi, zibillərin vaxtında atılması. Bizim şirkətə müraciət edərkən siz öz iştirakınızla qoyulmuş müddətdə keyfiyyətli qulluğa zəmanət verilməklə öz vaxtınıza və vəsaitlərinizə qənaət edirsiniz. TEGIN şirkəti yüksək səviyyədə qayda - qanun yaratmaqla yanaşı klirinq xidmətləri - təmir işlərindən sonra ümumi təmizləmə xidmətləri təklif edir. Mebellərin, xalça və xalça örtüklərin kimyəvi təmizlənməsi, sulu və quru yığışdırma – təklif olunan xidmətlərin tam olmayan hissəsidir. Yığışdırma zamanı istifadə olunan müasir yuyucu və təmizləyici vasitələrin sayəsində ərazidə səliqə-səhman tez və keyfiyyətlə bərpa olunur. İstifadə olunan vasitələr sağlamlıq üçün təmamilə zərərsizdir. Öz öhdəliyimizin maksimum tez və keyfiyyətli yerinə yetirilməsi üçün biz, hər müştəriyə fərdi yanaşmanı təmin edirik. “TEGİN” şirkətinin genişlənən imkanları həm iddialı layihələr, həm də nisbətən kiçik vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Bizim şirkətin müştərilərə təklif etdiyi və və yüksək keyfiyyətlə yerinə yetirdiyi klirinq xidmətlərinin geniş dairəsinə tikinti və təmirdən sonra yığışdırma, mağaza və restoranların yığışdırılması ,pəncərələrin yuyulması, döşəmələrin təmizlənməsi və cilalanması, xalça məmulatlarının kimyəvi və adi təmizlənməsi, yumşaq mebellərin kimyəvi təmizlənməsi, avtosalonun kimyəvi təmizlənməsi və digər çoxlu işlər daxildir.