• Şəhər


  • Rayon


  • Metro


  • Orientir


  • Əlifba sırası


SEÇ

Avtoyuyucu xəritədə

12 nəticə var

Avtoyuyucu

Avtoyuyucu

Bakıda avtoyuyucular - avtomobil yuyulması xidmətləri 

Maşına qulluq da özünə qulluq kimi vacibdir. Avtomobilin təmizliyi sahibinin səliqəli və təmizkar olmasından xəbər verir. Bundan başqa, Bakı yol polisi Bakı ərazisində palçıqlı, çirkli, yəni görünməz halda olan dövlət nömrə nişanlı maşınların idarə olunmasına icazə vermir, buna görə cərimə tətbiq edilir. Bakı və Azərbaycanın müxtəlif yerlərində son zamanlar geniş vüsət almış avtoyuma məntəqələri fəaliyyət göstərir. Orada təklif olunan şərtlər və xidmətlər həm qiymətinə, həm də göstərilən xidmətə görə fərqlənir. Avtomobil sahibi hansı avtoyuma məntəqəsinin xidmətindən yararlanacağını özü seçir. Ölkədə günü-gündən artan maşın sayını nəzərə alsaq, bu gün avtoyuma məntəqələri ən yaxşı kapital qoyuluşudur. Avtomobil yuma məntəqələri vaxtınıza qənaət etməklə avtomobilinizi çirkdən yuyub təmizləyəcək. Onlar ilkin olaraq çirkin əsas hissəsini çıxaracaq, təkərin arkalarını və dib hissəni yuyacaqlar, avtomobili su ilə durulayacaqlar. Bakı şəhərinin avtoyuma məntəqələri suyun isinməsi və ya soyuması üçün ixtisaslaşdırılmış avadanlıqlarla, avtokimyəvi preparatlarla və s.-lə təchiz olunub. Maşınlar ya əllə, ya da mexaniki fırça və təzyiqli suyla yuyulub təmizlənir.

Avtoyuyucular Bakıda 

Avtoyumalar müxtəlif texniki xüsusiyyətlərə, müxtəlif səmərəliliyə malikdir. Onları üç növə ayırmaq olar: portal, tunel və əllə yuma. Bakıdakı əllə yuma məntəqələrində avtomobillərin yuyulub təmizlənməsilə bilavasitə məntəqənin işçiləri özləri məşğul olur. Digər avtoyuma məntəqələrilə müqayisədə, burada qiymət və səmərələlik aşağıdır. Portal avtoyuma məntəqəsində avtomobil yuyucu boksa daxil olur və bütün yuma müddəti ərzində orada sabit (hərəkətsiz) vəziyyətdə qalır. Bu avtoyuma məntəqələrində avtomobilin yuyulub təmizlənməsi çox vaxt aparır ki bu da, işin səmərəliliyini aşağı salır. Tunel avtoyuma məntəqəsində maşın xüsusi mexanizmlə bir yuma mərhələsindən digərinə keçirilir. Bu avtoyumada səmərəlilik yüksəkdir. Bütün bu avtoyuma məntəqələrində avtomobilin yuyulması kontaktsız (yüksək təzyiqli suyla) və kombinləşdirilmiş (fırçalarla və yüksək təzyiqli suyla) həyata keçirilir.

Parla yuma – maşının və kuzov (avtoban) hissənin yuyulmasının ən yeni və unikal üsuludur. Kiçik ölçülərinə görə parla yuma darısqal və narahat yerlərdə həyata keçirirlir. Bununla belə, işin keyfiyyəti yüksək olur, avtomobil səliqəylə təmizlənir, kuzov hissə parlayır, salon pis qoxudan azad olur, mühərrik təmizlənir. Heç kəs üçün sirr deyil ki, binaların inşası, yolların tez-tez təmirə bağlanması ucbatından şəhərin küçələri çirklənməyə məruz qalır. Hər səhər küçələrdə təmizlik işləri aparılmasına baxmayaraq, şəhərimiz təmizliyi ilə seçilmir. Bakıda çirklənmiş maşınlar üçün problemin yeganə həlli avtoyumadır. Burada avtomobilinizi qısa müddət ərzində yuyub təmizləyəcəklər. Maşınınız təmizlikdən parlayacaq.

24 saat avtoyuyucular 

Sizə uyğun avtoyuma məntəqəsi barədə məlumatı kataloqumuzdan tapa biləcəksiniz. Bakı şəhərindəki bütün avtoyuma məntəqələri barədə məlumat kataloqumuzda toplandmışdır. ONECLİCK.AZ saytında toplanmış avtoyuma məntəqələrini müqayisə edərək öz seçiminizi edin. İnternet kataloqdan istifadə etməklə və Bakı şəhərinin Avtoyuma Məntəqələri bölməsini tapmaqla günün istənilən saatında saytımızdan məlumat ala bilərsiniz.